BYD şirkəti tərəfindən bahalı elektromobillər üçün yaradılan Yangwang (Yanvan) brendi U8 krossoverini təqdim edib. Model Yi Sifang texnoloji platformasında inşa edilib, dörd fərdi idarə olunan elektrik mühərriki, Blade dartma batareyası və 20-düymlük təkər diskləri ilə təchiz olunub. Çərçivəli ofrouderin təkər bazası 3,05 metr, uzunluğu - 5,3 metr təşkil edir. O, Toyota Land Cruiser 300 modelindən demək olar ki, 300 millimetr uzundur, Cadillac Escalade modelindən isə 80 millimetr qısadır.
Yangwang U8 modelinin hər bir elektrik mühərriki 220-240 kilovat (299-326 at qüvvəsi) və 320-420 Nm hasil edir ki, bu da ümumilikdə 1100 at qüvvəsindən çoxdur. Elektromobil 100 km/saat həddinə üç saniyəyə sürətlənir və 1,08 g qədər əyləcləmə üçün yalnız elektrik mühərriklərindən istifadə edir.
Tam ötürmə sistemi elektrik olduğundan, mexaniki tam ötürməyə nisbətən 100 dəfə daha yeyin reaksiya verir, üstəlik, 20 dəfə daha çox dartmaya nəzarət imkanları yaradır.
O, həmçinin müxtəlif hərəkət rejimlərini əlavə etməyə imkan verir. U8 qar, buz, qumlu yamaclar və keçidlər üçün ayrıca tənzimləmələrə malikdir. Bundan əlavə, ofrouder yerində dönə, GMC Hummer EV kimi diaqonal üzrə hərəkət edə bilər. Üstəlik, ofrouder 120 km/saata qədər sürətlə hərəkət zamanı təkərlərin deşilməsindən sonra kuzovu tarazlaşdırmaq imkanına malikdir.
U8 ilə eyni vaxtda Yangwang ikinci modeli, U9 sportkarını da təqdim edib. Bu, “kəpənək qanadları” formasında qapıları, üzgəc-stabilizatoru və “ulduzlu səma” ön optikası olan superkardır. Yangwang U9 modeli 100 km/saat həddinə iki saniyəyə sürətlənir və bu günə qədər onun haqqında olan məlumat bundan ibarətdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.