Şanxay avtosalonu ərəfəsində Çin istehsalçısının mətbuat xidməti Yangwang premium brendinin ilk nümayəndəsi - U8 ofrouderinin interyerinin şəkillərini dərc edib. BYD stilistləri yeniliyi digər lüks avtomobillərdən fərqləndirməyə çalışıblar və buna müvəffəq də olublar. İnteryer öz simmetriyası, havalandırma sisteminin deflektorları, nəhəng dinamikləri və interfeysi ilə təəccübləndirir.
Ön panelin şaquli simmetrik dizaynı heyrətamizdir, xüsusən də virtual cihazlar panelinin və ön sərnişin üçün nəzərdə tutulmuş sensorlu ekranın ölçüsü (23,6 düym) üst-üstə düşməsi, baş qurğunun 12,8-düymlük OLED displeyi əyri forması və 37 dərəcəlik bucaq altında yerləşməsi diqqəti cəlb edir. Çinlilər deflektorları gizlətməyi belə düşünməyiblər: dizaynerlər cəsarət göstərərək hava kanalları ön panelin yuxarı hissəsinə qaldırıblar.
Digər maraqlı həll, yan ekranların vizual davamı olan audio sisteminin nəhəng dinamikləridir. Kokpit avtomobil söndürüldükdən sonra belə həmahəng görünür. Çox güman ki, buna görə də BYD interyeri passiv ekranlarla göstərmək qərarına gəlib, baxmayaraq ki, rəqiblər adətən belə etmirlər.
İnterfeysə də öyrəşmək də müəyyən vaxt aparacaqdır: sükan çarxının altındakı şaybalar idarəetmə tənzimləmələrini düzəltməyə xidmət edir, bundan başqa, elektron kilidlərin aktivləşdirməsi üçün “Gelendevagen” ruhunda olan açarları misal çəkmək olar. U8 modelinin beş və ya yeddi yerlik salona sahib olacağı gözlənilir.
Elan edilmiş variantlar siyahısına ulduzlu səma effektinə malik olan panoram dam, tənzimlənən yan dəstəyi olan multikonturlu oturacaqlar, 22 dinamikli səs sistemi, avtopilot və s. daxildir. Artıq 1100 at qüvvəli 5,3 metrlik ofrouderin 100 km/saat həddinə üç saniyəyə sürətləndiyi və eyni 100 km/saat sürətindən tam dayanmağa 40 metr sərf etdiyi təsdiqlənib.
Digər diqqət çəkən məqamlar arasından “tullanma” rejiminə malik olan pnevmoasqı və “krab rejimi” olan tam idarələnən şassi var.
Yangwang U8 modelinin ictimai təqdimatı sabah, aprelin 18-də işinə başlayacaq Şanxay avtosalonu çərçivəsində baş tutmalıdır. Çox güman ki, yenilik üçüncü rübdə daxili bazarda satışa çıxacaqdır.
BYD ixrac planlarını hələlik açıqlanmayıb, lakin super ofrouderin rəsmi olaraq Çindən kənarda satılacağına şübhə yoxdur. BYD konserninin Azərbaycanda rəsmi nümayəndəsi mövcud olsa da, avtomobillərin satışı sahəsində aktiv deyil.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.