BYD şirkətinin Yangwang U8 hibrid ofrouderi Çində istehsal edilən və sərbəst satışda olan ən bahalı avtomobillərdən biridir. Hələ 2023-cü ildə satışa çıxarıldıqda, o, 1,1 milyon yuana və ya 153.000 dollara başa gəlirdi! Ötən bir neçə il ərzində qiymət dəyişməyib, lakin modifikasiya çeşidində Yangwang U8L adlı daha dəbdəbəli versiya peyda olub. Dəbdəbəli ofrouderin ilk nümayişi aprel ayında keçirilmiş Şanxay avtosalonunda baş tutsa da, onun interyeri üzərindəki sirr pərdəsi yalnız indi götürülüb.

L versiyanın təkər bazası 200 millimetr (3250 millimetrə qədər) genişləndirilib, arxa kuzov çıxışı uzadılıb və bütün bunlara baxmayaraq, ofrouderin ümumi uzunluğu cəmi 81 millimetr (5400 millimetrə qədər) artıb. Bunun səbəbi - arxa tərəfdəki ehtiyat təkərinin kofrunun yoxa çıxmasıdır və bunun da izah edilən səbəbi var: U8L versiyasında taybatay açılan baqaj qapısı əvəzinə aşağı endirilən bort və yuxarı açılan şüşəli hissə var. Avtomobilin eni dəyişməyib (2049 millimetr), hündürlüyü isə, 9 millimetr (1921 millimetr) azalıb.

L versiyasının digər xarici cəhətləri kuzovun rənginə boyanmış təkər tağları daha kiçik genişləndiriciləri (baza modeldə qara rəngdədir) və təkər topunda sabit qapağı özünəməxsus 23-düymlük təkər diskləridir. Uzunbazalı versiya üçün xüsusi olaraq qızılı kuzov rəngi yaradılıb və 24 karatlıq qızıldan hazırlanmış eksteryer dekorunu da sifariş etmək olar (Şanxayda məhz belə avtomobil nümayiş olunub).

Salonda standart modeldəki kimi iki deyil, üç oturacaq sırası var. İkinci cərgədə elektrik ötürməsi, isitmə, havalandırma, masaj və ayaq dayaqları olan iki ayrı kreslo quraşdırılıb. Ön oturacaqların arxasına qatlanan masalar, tavana isə, iri displey quraşdırılıb. Panoram dam iki hissədən ibarətdir, tavan enişlərində isə, əlavə havalandırma deflektorları peyda olublar.

Ofrouderin təchiz edildiyi ardıcıl hibrid sistem standart olaraq qalır. 2,0-litrlik “turbodördlük” (272 at qüvvəsi) yalnız generator rejimində işləyir, dördmühərrikli e4 tam ötürməsi isə, 1197 at qüvvəsinə və 1280 Nm-ə malikdir. Uzunbazalı avtomobilin boş çəkisi 3595 kiloqramdır (+ 135 kiloqram), onun ümumi çəkisi isə, dörd tonu ötür: 4210 kiloqram (+ 225 kiloqram)! Ofrouder təkər izi öndə 5, arxada isə, 12 millimetr genişləndirilib.
Yangwang U8L bir neçə aydan sonra satışa çıxmalıdır. Ən maraqlısı isə, onun qiymətdir, lakin bu barədə hələlik heç bir açıqlama verilməyib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.