Çinin BYD konserninə məxsus olan Fang Cheng Bao premium brendi Leopard 5 ofrouderinin rəsmi şəkillərini dərc edib. Çin markasının yeni ofrouderi öxünəməxsusluğu ilə seçilməsə də, dəbdəbəli və brutal ofrouderə məxsus olan bütün komponentlərə sahibdir: zərif tərtibat materialları, çoxlu sensorlu ekranlar, böyük panoram dam, böyük analoq açarları, rahat tutacaqlar, bucaqlı qapı kartları və sairə.
Ən maraqlısı odur ki, BYD konserni Leopard 5 üçün cari Mercedes-AMG G 63 modelini oriyentir hesab edir. İnteryer dizaynı baxımından çinli model alman ofrouderini üstələyib: media sisteminin təsvir ölçüsü 2,5K, sensorlu ekranının diaqonalı isə 15,6 düymdür. Üstəlik, sərnişinin qarşısında ayrıca 12,3 düymlük sensorlu ekran var. Bundan başqa, Leopard 5 modelində mərkəzi tunel yoxdur və buna görə də o, daha çox yer təklif edir.
Analoq düymələrin pərəstişkarları da unudulmayıb: transmissiyanın selektoru, hərəkət rejimlərinin seçilməsi düymələri və kilidlərin aktivləşdirilməsi açarları əlcəklərlə istifadəni asanlaşdırmaq üçün uyğunlaşdırılıblar. Mərkəzi tunel isə, ümumiyyətlə hərbi avtomobillərin üslubunda tərtib edilib: Leopard 5 modelinin "mülki" təyinatı barədə salona səpələnmiş USB konnektorları, simsiz enerji doldurma meydançası, 18 dinamikli Devialet audio sistemi və stəkan tutacaqları xatırlatmalıdırlar.
BYD ofrouderi konstruktiv olaraq Mercedes-AMG G 63 modelinə bənzəmir, baxmayaraq ki, onların çoxlu ortaq cəhətləri var: məsələn, hər iki ofrouder çərçivəlidir və üç differensial kilidi mövcuddur. Güc aqreqatı isə fərqlidir: çinlilər 1,5-litrlik turbomühərrikə əsaslanan hibrid sistemə üstünlük veriblər, tam ötürmə isə ümumi gücü 680 at qüvvəsi olan elektrik mühərrikləri vasitəsilə həyata keçirilir. Leopard həmçinin klirensin tənzimləmə funksiyası olan tam müstəqil hidravlik asqıya malikdir.
BYD Leopard 5 modelinin alman ofrouderindən daha qənaətcil olacağı şübhəsizdir, çünki bəyan edilmiş yürüş məsafəsi 1200 kilometrdir. “Çinlinin” qiyməti də xeyli aşağı olacaq: Leopard 5 modelinin 400 min yuana (55 min dollar) başa gələcəyi gözlənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.