Çin konserni hibrid sedanı aprelin 25-də işinə başlayacaq Pekin avtosalonunda təqdim edəcək. Yeni modelin yanacaq doldurmadan təxminən iki min kilometr yol qət etməyə imkan verəcək DM-i hibrid güc aqreqatını alacağı məlumdur.
Dərc edilmiş şəkillərdən də göründüyü kimi, uzunmənzilli sedan idman üslubuda "relyefli" dizayna, yeni optikaya və radiator barmaqlığını əvəz edən boş panelə sahib olub. Bundan əlavə, sedan ön bamperindəki böyük hava girişi ilə də seçilir. Qin L modelinin interyeri Çin markasının digər modellərinin üslubunda hazırlanıb.
İlkin məlumatlara görə, sedanın uzunluğu 4830 millimetr, təkər bazası isə, 2790 millimetr olacaq. Avtomobil 101 at qüvvəli benzin mühərrikinə əsaslanan hibrid güc qurğusuna, həmçinin 163 və ya 218 at qüvvəli elektrik mühərriki ilə hərəkətə. Bundan əlavə, avtomobil 10 və ya 15,9 kilovat-saat tutumu olan batareya ilə təchiz ediləcək. Elektrik dartması ilə hibrid 60-90 kilometr məsafə qət edə biləcək.
Daxili bazarda uzunmənzilli BYD Qin L modelinin qiymətinin 120.000 yuandan (təxminən 28.200 manat) başlayacağı gözlənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.