Cadillac şirkəti Celestiq flaqman elektrokarının yeni şəkillərini dərc edib. Elektrokar bu ay konsept statusunda debüt etməlidir. Seriya elektrokarının istehsalına gələn il başlanmalıdır. Cadillac Celestiq xırda seriya ilə, əsasən sifarişlə buraxılacaqdır. Dəbddbəli elektromobilin qiyməti 200 - 300 min dollar arasında olmalıdır. Celestiq tam ötürmə, tam idarələnən şassi və 23-üymlük təkər diskləri ilə təchiz ediləcəkdir.
Cadillac Celestiq modelinin çoxsaylı ekranlar olan dəbdəbəli salonu, multimedia sisteminin böyük ekranını, dörd hissəyə bölünmüş və çox güman ki, şəffaflığı tənzimlənən panoram damı, arxa cərgənin fərdi kreslolarını əldə edəcəyi məlumdur.
Celestiq iti siluetə malik olacaq, çoxsaylı xətlərdən ibarət həndəsi naxışı olan fənərləri və ön qanadlardakı işıqlandırılan nişanları alacaqdır. Bu nişanlarda 1933-cü ildən 1956-cı ilə qədər Cadillac modellərində müxtəlif variantlarada istifadə olunmuş məşhur Goddess (“İlahə”) fiquru oyulub. O, XX əsrin əvvəllərində brendin devizinə çevrilmiş Standard of the World şüarı da tarixi paralelləri təşkil edir.
Cadillac Celestiq matrisalı LED fənərləri, tam ötürmə sistemini, dönən arxa təkərləri və ola bilsin ki, Ultra Cruise avtopilotunu alacaqdır. Elektromobil kuzovun güc strukturuna quraşdırılmış 100 kilovat-saatlıq batareyası olan Ultium modul platforması əsaslanacaqdır. 350 kilovat gücündə terminalların dəstəklənməsi və 650 kilometrlik yürüş ehtiyatı ehtiyatı vəd edilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.