Yaxın günlərdə Cadillac CT4-V Blackwing modelinin xüsusi Track Edition versiyası debüt etməlidir. Track Edition versiyası bu modelin ilk xüsusi modifikasiyası olacaqdır. Yeni modifikasiya haqqında təfərrüatları onun təqdimatına yaxın zamanda açıqlayacaqlar. Amerikan istehsalçısı xüsusi versiyanın IMSA Weather Tech SportsCar Championship yarış seriyasına həsr olunduğunu bildirib. Bu çempionatda Cadillac markası DPi-V.R. prototipi ilə təmsil olunur.
Xüsusi seriyadan olan sedanların seçilən cəhətləri IMSA çempionatının loqotiplərini daşıyan karbondan hazırlanmış xüsusi aerodinamik kuzov dəsti, habelə Cadillac V-Series xəttinin firma embleminin rənglərində vurğular olacaqdır. Bundan başqa, kapot və qapılara xüsusi stikerlər vurulacaq, arxa şüşədə isə, treklərin silueti olan yapışdırmalar yerləşdiriləcəklər.
Ən azından üç modifikasiyanın yaradıcılağı təsdiq edilib - Road Atlanta IMSA Edition, Sebring IMSA Edition və Watkins Glen IMSA Edition. Bu modifikasiyaların hər biri ABŞ-da yerləşən və Cadillac markasının uğurlu çıxışları ilə bağlı olan avtodromlara həsr olunub.
Cadillac CT4-V Blackwing Track Edition modelində baş vermiş texniki təkmilləşdirilmələr barədə məlumat verilməyib. Xatırladaq ki, sedan 479 at qüvvəsi və 603 Nm fırlanma anı hasil edən 3,6-litrlik altısilindrli biturbomühərrik ilə təchiz edilir. Güc aqreqatı 6-pilləli mexaniki və ya 10-pilləli avtomatik transmissiya ilə tandemdə çalışır. Yeni sedanın təqdimatı iyul ayında baş tutmalıdır, ona sifarişlərin qəbulunu isə, avqust ayında açacaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.