Cadillac şirkəti on iki avtomobildən ibarət karvanı Nyu-Yorkdan Los-Anjeles şəhərinə yollayıb. Karvanda olan Cadillac CT6 sedanlarını jurnalistlər və şirkətin səhmdarlarından ibarət qrup idarə edəcəkdir.
On altı ştat və Kolumbiya mahalından keçən marşrutun bir hissəsini avtomobillər sürücülərin müdaxiləsi olmadan keçəcəkdirlər. Cadillac CT6 sedanlarının hər biri Super Cruise avtopilot sistemi ilə təchiz edilib. Bu sistem məhdud sayda girişi olan sürətli magistrallarda sürücüyə əlini sükandan çəkmək imkanı verir.
ABŞ-da belə yolların uzunluğu 209 min kilometrdir. Yürüşün başlanğıc nöqtəsinin Nyu-York olması təsadüfi deyil. Birincisi, burada Cadillac şirkətinin mənzil-qərargahı yerləşir, ikincisi isə, ştatın hakimiyyəti yollarda pilotsuz avtomobillərin sınaqdan keçirilməsinə icazə verib. Super Cruise sistemi 2018-ci ilin Cadillac CT6 avtomobillərində opsiya olaraq təklif edilir. Sistem fəaliyyət zamanı sürücünün baxışlarını izləmə funksiyasından, kameralar dəstidən, lidardan alınmış topoqrafik məlumatlardan və naviqasıya sisteminin məlumat bazasından istifadə edir.
Belə həll yolu görüşün məhdud olduğu yerlərdə, misal üçün, döngələrdə və dərəli-təpəli ərazidə hərəkət zamanı yardım edir.