Cadillac markasının “bərkgedən” modellər xətti yeni modellə tamamlanıb: amerikan markasının tarixində ilk dəfə olaraq rəngbərəng V-Series emblemini ofrouder alıb. Bu günə qədər V hərfi ilə yalnız güclü sedan, kupe, rodster və hətta universallar işarələnirdi. Yazda isə, bu cərgəyə “bərkgedən” Cadillac Escalade-V modeli qoşulacaqdır. “Bərkgedən” ofrouderin tamölçülü debütü qarşıdadır, lakin Cadillac şirkəti Escalade-V modelinin rəsmi şəkillərini və ona həsr olunmuş videoçarxı dərc edib. “Bərkgedən” ofrouderin xarakteristikaları sirr olaraq saxlanılır.

Cadillac Escalade V-Series modeli 2020-ci ilin radiatorun torşəkilli barmaqlığına və qara dekor elementərinə sahib olan Escalade Sport modifikasiyasına bənzəyir, lakin “bərkgedən” versiya böyüdülmüş barmaqlıqları olan yeni ön bamperə və diffuzoru təqlid edən elementi olan arxa bamperə, habelə buraxılış sisteminin dörd iri çıxış borusuna və yeni dizaynı olan təkər disklərinə sahib olub.

Məlum məsələdir ki, ön qapı və baqaj qapağında iri V-Series emblemləri peyda olublar. Sükan çarxında da bu emblemi görmək olar və bu “bərkgedən” ofrouderin interyerinin yeganə şəklidir. Avtomobilin texniki hissəsi barədə təfərrüatlar onun yazda keçiriləcək təqdimatı zamanı açıqlanacaqdır.

Hələlik isə, insayderlərin sızdırdıqları məlumatla kifayətlənməli olacağıq. Onların bildirdiyinə görə, Cadillac Escalade-V modeli LT4 seriyasından olan 6,2-litrlik kompressorlu V8 mühərriki ilə təchiz ediləcəkdir. Belə mühərrik amerikan markasının tarixindəki ən güclü CT5-V Blackwing modelinin kapotunun altında yerləşir və 677 at qüvvəsi və 893 Nm fırlanma anı hasil edir. Çox güman ki, tamölçülü ofrouder üçün mühərrikin gücünü bir qədər azaldacaqlar - gücün təxminən 650 at qüvvəsi olacağı gözlənilir. 

Image alt Image alt Image alt Image alt Image alt

Xatırladaq ki, adi Escalade modeli iki kuzov variantında təklif edilir. Ofrouderin təchiz edildiyi 6,2-litrlik V8 mühərriki 426 at qüvvəsi və 623 Nm fırlanma anı hasil edir. İstehsalçı bu mühərriki tamamilə yeni olduğunu iddia edir. Bundan başqa, ilk dəfə olaraq Cadillac Escalade 280 at qüvvəsi və 623 Nm fırlanma anı hasil edən altısilindrli Duramax dizel mühərriki ilə təklif edilir. Güc aqreqatları 10-pilləli «avtomat» və opsional tam ötürmə sistemi ilə tandemdə çalışırlar.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.