Cadillac markasının flaqman modeli olacaq Celestiq elektromobilinin yeni tizerləri dərc edilib. Cadillac Calestiq bu il konsept statusunda nümayiş etdiriləcək, 2023-cü ildə isə onun kiçik miqyaslı istehsalına başlanacaqdır.
Avtomobillər əsasən əl ilə və sifariş əsasında yığılacaq, ona görə də onun qiyməti kifayət qədər böyük olacaqdır - təxminən 200 min dollar. Cadillac marketoloqları konsept üçün 20-ci əsrin əvvəllərində markanın reklam devizinə çevrilmiş Standard of World şüarından istifadə etmək qərarına gəliblər.
Flaqman onun statusuna uyğun olan avadanlığı və diqqətlə seçilmiş salonun tərtibat materialları ilə fərqlənəcəkdir. Liftbək və ya hetçbək kuzovlu konsept bu il debüt etməlidir. Xatırladaq ki, onun ilk tizeri 2021-ci ildə keçirilmiş virtual CES sərgisində nümayiş etdirilib.
Dərc edilmiş yeni tizerlərdə gələcək avtomobilin sadəcə bir neçə detalı nümayiş etdirilir. Onların arasında ən maraqlısı çoxsaylı xətlərdən ibarət olan həndəsi naxışlı fənərlər və ön qanadlardakı işıqlandırılan nişanlardır.
Bu nişanlarda 1933-cü ildən 1956-cı ilə qədər Cadillac modellərində müxtəlif variantlarada istifadə olunmuş məşhur Goddess (“İlahə”) fiquru oyulub. XX əsrin əvvəllərində brendin devizinə çevrilmiş Standard of the World şüarı da tarixi paralelləri təşkil edir.
Cadillac Celestiq matrisalı LED fənərləri, tam ötürmə sistemini, dönən arxa təkərləri və ola bilsin ki, Ultra Cruise avtopilotunu alacaqdır. Elektromobil kuzovun güc strukturuna quraşdırılmış 100 kilovat-saatlıq batareyası olan Ultium modul platforması əsaslanacaqdır. 350 kilovat gücündə terminalların dəstəklənməsi və 650 kilometrlik yürüş ehtiyatı ehtiyatı vəd edilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.