Cadillac CT4 sedanı ATS modelinin əvəzləyicisi olmaqla yanaşı, amerikan markasının Audi A4, BMW 3 Series və Mercedes-Benz C-Class modelləri ilə mübarizədə əsas silahıdır. Bir müddət bundan öncə, amerikan markası CT4 modelinin “qaynar” CT4-V versiyasını təqdim etmişdi. İndi isə, növbə adi Cadillac CT4 sedanına gəlib çatıb.

Yeni sedan Alpha paltfırmasına inşa edilib: avtomobil öndə McPherson, arxada isə beşqollu asqıya malikdir. Ötürmə - arxayadır. Lakin, Cadillac CT4 modelini tam ötürmə ilə də sifariş etmək olar. Sükanın elektrik gücləndiricisi reykada yerləşir, əyləclərin gücləndiricisi isə, elektromexanikidir. Asqı sistemi ZF MVS yay və amortizatorlarına malikdir.

Premium Luxury

Cadillac CT4-V modelinin qabarit uzunluğu 4756 millimetr, eni -  1815 millimetr, hündürlüyü isə, 1423 millimetrdir. Sedanın təkər bazasının genişliyi 2775 millimetrdir. Avtomobilin baqaj bölümünün həcmi 303 litrdir. Sedan 17 və 18-düymlük təkər diskləri ilə təklif edilir.

Sedanın Luxury və Premium Luxury versiyaları xrom tərtibata, Sport versiyası isə, CT4-V modelində olduğu kimi, dara dekora, torşəkilli radiator barmaqlığına və baqaj qapağının üzərindəki spoylerə sahibdirlər. “İdman” sedanları öndə 321 mm diskləri olan Brembo əyləcləri  və dördporşenli mexanizmlər ilə təchiz edilirlər.

Sport

Cadillac CT4 modellərinin interyer tərtibatı bir qədər konservativ üslubdadır. Burada analoq cihazlar panelini, “avtomatın” ənənəvi selektorunu, multimedia sisteminin 8-düymlük ekranını və ikizonalı klimat-kontrolu görmək olar. Baza versiyası aktiv səsboğma sisteminə malikdir. Opsiyalar siyahısında əsl dəri və sükanın qızdırılması vardır.

Cadillac CT4 iki benzin mühərriki ilə təklif ediləcəkdir. Bunlar ikiaxınlı turbokompressoru, birbaşa çiləməsi və iki silindrin söndürülməsi funksiyası olan dördsilindrli mühərriklərdir. Baza mühərriki 241 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edir. Bu mühərrik səkkiz pilləli “avtomatla” tandemdə çalışır. Daha güclü 2,7-litrlik mühərrik 313 at qüvvəsinə və 472 Nm fırlanma anına malikdir. Bu aqreqat 10-pilləi ötürmələr qutusu ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avtomobil bir neçə hərəkət rejiminə malikdir: Tour, Sport, Snow/Ice, Track və My Mode. Bundan başqa, sedan Super Cruise sistemi ilə də təklif edilir ki, bu sistemi tras avtopilotu hesab etmək olar. Avtopilotun aktivləşməsindən sonra sürücü hətta sükanı buraxa da bilər. Lakin, salondakı kamera onun baxışlarını izləyərək, diqqətin yoldan yayınmasına imkan verməyəcəkdir.

Cadillac CT4 Miçiqan ştatındakı Lansing Grand River zavodunda istehsal ediləcəkdir. Avtomobilin satışlarına ilin sonunda başlanmalıdır.