İki il əvvəl CT4-V və CT5-V sedanları V seriyasından olan “bərkgedən” Cadillac modelləırinin pərəstişkarlarını məyus edib. Əvvəlki modellər olan ATS-V və CTS-V sedanları həqiqətən güclü mühərriklərə və çılğın bir xarakterə malik idilərsə, onların varisləri daha sakit və itaətkar xarakterə malikdir. Yalnız indi Cadillac əvvəlki supersedanlara layiqli varisləri hazırlayıb: ekstremal CT4-V Blackwing və CT5-V Blackwing modelləri təqdim edilb.
Hər iki xüsusi versiya eyni kanonlara uyğun olaraq hazırlanıb və əvvəlki nəsil V-sedanları ilə eyni güc qurğusuna malikdirlər. Orta ölçülü Cadillac CT4-V Blackwing sedanı yeni aşağı ətalətli turbokompressorları, fərqli giriş sistemi və idarəetmə blokuna sahib olan 3,6-litrlk V6 biturbo mühərriki ilə təchiz edilir. Mühərrikin gücü 470-dən 479 at qüvvəsinə qədər artırılsa da, fırlanma anı (603 Nm) dəyişməyib.
Daha böyük Cadillac CT5-V Blackwing sedanı isə Corvette kupesindən alınmış 6,2-ltrlik kompressorlu V8 mühərrikinə malikdir. Yenilklər arasında təkmlləşdirilmiş Eaton kompressoru (1,7 litr), titandan qəbuledici klapanlar və ağıllı çəpərciklər sistemi olan yeni karteri var. Mühərrikin hasilatı 677 at qüvvəsi və 893 Nm fırlanma anıdır. Xatırladaq ki, əvvəlki CTS-V modeli 649 at qüvvəsinə və 854 Nm-ə malik idi.
Hər iki supersedan altı pilləli mexaniki Tremec transmissiyası ilə təklif edilir: Amerikada bu “bərkgedən” modellər üçün zəruri bir şərtdir, “mülki” versiyalarda isə ümumiyyətlə mufta pedalı yoxdur. Əlavə ödəniş ilə, sükan üzərində maqneziumdan hazırlanmış sükanaltı dəstəkləri olan 10-pilləli “avtomatı” quraşdırmaq olar. Sələfləri kimi, yeni sedanlar da elektron idarəetməli differensial kilidi olan arxa ötürmə ilə təchiz edilirlər.
Təəssüf ki, tam ötürmə sistemi olmayan sedanların dinamik xüsusiyyətləri rekord sayıla bilməz. Altı pilləli “avtomat” ilə təchiz edilmiş Cadillac CT4-V Blackwing sedanı 60 mil/saata (97 km/saata) 3.8 saniyəyə, səkkizsilindrli CT5-V Blackwing isə 3.7 saniyəyə sürətlənir. Maksimum sürət müvafiq olaraq 304 km/saat və 322 km/saatdır. Məsələn, tam ötürməli BMW M5 CS (635 at qüvvəsi, 750 Nm) 100 km/saatı 3,0 saniyəyə toplayır.
Hər iki “bərkgedən” Cadillac modeli möhkəmləndirilmiş kuzova, daha sərt yayları və daha qalın stabilizatorları olan Magnetic Ride Control 4.0 adaptiv asqı sisteminə malikdirlər. CT4-V modeli 18-düymlük, CT5-V isə 19-düymlük təkər diskləri, Michelin Pilot Sport 4S şinləri ilə təchiz edilirlər. Əlyəc sistemi öndə altı porşenli, arxada isə dörd porşenli Brembo mexanizmləridir. Cadillac CT5-V Blackwing sedanı üçün karbon-saxsı mexanizmlərini sifariş etmək də mümükündür. Belə mexanizmlər öndəki ressoraltı çəkiləri 24 kiloqram, arxadakını isə 28 kiloqram azaldır.
Blackwing versiyası digər avtomobillərdən aqressiv aerodinamik kuzov dəsti ilə seçilir: bunlar genişləndirilmiş ön hava girişləri, arxa bamperdəki diffüzör, iri çıxış boruları, ön təkərlərin arxasındakı əlavə hava kanallarıdır. Əlavə ödəniş ilə karbon liflindən hazırlanmış kuzov dəsti (ön splitter, baqaj qapaqdakı iri spoyler) təklif olunur ki, bu da CT4-V modelinin qaldırma gücünü 214%, CT5-V sedanın isə 75% azaldır.
Salonlardakı əsas xüsusiyyətlər, güclü yana dəstəyi olan oturacaqlar və xüsusi qarafikası olan virtual cihazlar panelidir (12-düymlük ekran sedanlarda keçən il peyda olub). Sükanda artıq hərəkət rejimi açarına (Normal rejiminə əlavə olaraq, Sport və ya Track) və bütün sistemləri “döyüş” vəziyyətinə gətirən V-Mode düyməsinə malikdir. CT5-V Blackwing sedanını karbon karkası olan yüngülləşdirlmiş CFRP oturacaqları ilə təchiz etmək olar.
ABŞ-da hər iki supersedan artıq sifariş edilə bilər və qiymətləri ənənəvi olaraq cəlbedicidir. Daha kiçik Cadillac CT4-V Blackwing modeli 60 min dollardan, daha iri Cadillac CT5-V Blackwing isə 85 min dollardan başlayan qiymətlərlə satılır.
Müqayisə üçün: ABŞ-da BMW M3 modeli 70 min, BMW M5 modeli üçün isə 104 min dollar tələb edirlər. Ancaq 2021-ci illinin Cadillac supersedanlarının tirajı məhduddur: hər bir modeldən yalnız 250 nüsxə buraxılacaqdır. Əmtəə vasitələri yayın sonuna qədər peyda olacaqdırlar. Şirkət 2022-ci il üçün istehsalı həcmini daha sonra elan edəcəkdir.