Bir müddət bundan öncə, Cadillac şirkətinin iki “qaynar” modeli təqdim etməyə hazırlaşdığını bildirmişdik. Bu gün Detroytda keçirilmiş xüsusi tədbirdə amerikan istehsalçısı Cadillac CT4-V və CT5-V modellərini təqdim edib.

Gözlənilənlərin əksinə olaraq, amerikan şirkəti “qaynar” liftbeki 640 at qüvvəsi hasil edən 6,2-litrlik V8 Blackwing mühərriki ilə deyil, 3,0-litrlik Twin-Turbo V6 aqreqatı ilə təchiz edib. Altısilindrli mühərrik 360 at qüvvəsi və 542 Nm fırlanma anı hasil edir. Güc aqreqatı 10-pilləli avtomatik ötürmələr qutusu ilə çalışır. Cadillac CT5-V standart olaraq arxa ötürmə ilə təklif edilir. Lakin, “qaynar” liftbeki tam ötürməli sistemlə də sifariş etmək olar. İstehsalçı “qaynar” modelin dinamik göstəricilərini açıqlamayıb.

Image alt Image alt Image alt Image alt Image alt

Cadillac CT5-V modelinin təchizatına V-seriyası modelləri üçün nəzərdə tutulmuş adaptiv Magnetic Ride Control 4.0  şassisi, 19-düymlük təkər diskləri, Performance Traction Managment (PTM) sistemi, V-rejiminə malik olan hərəkət rejimləri sistemi, Brembo əyləc mexanizmləri, tünd rəngli eksteryer elementləri daxildir. Opsionaı olaraq yarıavtonom rejimə malik olan Super Cruise sistemini də sifariş etmək olar.

“Qaynar” Cadillac CT5-V modelinin satışlarına gələn ilin əvvəlində başlanacaqdır.