Cadillac şirkəti bayraqdar modeli olan CT6 sedanında quraşdırılmış avtopilot sistemi barədə məlumat dərc etmişdir. Super Cruise adlı sistem şossedə avtomobili sərbəst şəkildə idarə edərək, sürücüyə əllərini sükandan çəkməyə imkan verir.
Sükandan əl çəkmək bi sistemin əsas xüsusiyyətlərindəndir. Avtopilot sürətlənmək və tam dayanana qədər əyləcləmək, həmçinin avtomobili zolaqda saxlamaq qabiliyyətinə malikdir. Lakin, tam təhlükəsizliyi təmin etmək məqsədi ilə sürücünün baxışlarının istiqamətinə nəzarət funksiyasını da əlavə edilmişdir. Bunun üçün salonda infraqırmızı kamera quraşdırılmış, sükan çarxında isə insanın diqqət səviyyəsini təyin edən xüsusi indikator yerləşdirilmişdir. Əgər sistem sürücünün diqqətinin yoldan yayındığını aşkarlarsa, o bir sıra səs və gprüntü xəbərdarlıqları alacaqdır.
Reaksiya olmadıqda isə sistem avtomobili tam dayandıracaqdır.
Əksər avtopilot sistemləri kimi, Super Cruise sistemi də LiDAR radarının və alın şüşəsinin altında quraşdırılmış kameralar sayəsində çalışır.
Bundan başqa, Cadillac GPS sisteminin məlumatlarına da əsaslanır ki, bu sistem də yalnız uyğun olan yollarda aktivləşdirilir. Şirkətdən verilən məlumatda, avtopilot üçün xəritəni tərtib etmək məqsədilə mühəndislərin ABŞ və Kanada avtomagistrallarını qarış-qarış gəzdiyini bildirmişdirlər. lk zamanlarda Super Cruise sistemi yalnız Cadillac CT6 sedanı üçün təklif ediləcəkdir. Modelin ABŞ və Kanadadakı satışları bu ilin payızında başlanacaqdır.
İlkin məlumatlara görə, opsiyanın qiyməti 2,5 min dollar təşkil edəcəkdir.