Cadillac şirkətinin rəhbərliyi yüksək dəbdəbəli yolsuzluq avtomobilinin hazırlanması haqqında fikirləşir. GM İnside News nəşrinin şirkət daxilindəki mənbəyinin bildirdiyinə görə, belə avtomobilin istehsal ediləcəyi təqdirdə onun qiyməti 250 min dollardan başlayacaqdır. Çox güman ki, bu dəbdəbəli avtomobil 2027-ci ildə işıq üzü görəcək və Cadillac XT9 adlandırılacaqdır. Qiymət seqmentində bu avtomobil, Escalade modelini əvəzləyəcək XT8 yolsuzluq avtomobilindən bir pillə üst sırada qərarlaşacaqdır.

Amerikanların məqsədi Bentley Bentayga və Rolls-Royce şirkətinin hal-hazırda Project Cullinan adlandırdığı modelinin seriya variantı ilə rəqabət aparacaq avtomobilin yaradılmasıdır. Bundan əlavə GM Inside News nəşrinin mühasibinin  bildirdiyinə görə, şirkətin rəhbərliyi böyük dəbdəbəli CT9 sedanının hazırlanması üzərində də fikir mübadiləsi aparır. Bu barədə əvvəllər şirkətin rəhbəri Yohan de Nayson bildirmişdir. Qiyməti 300 min dollar olacaq sedan 2029-cu ildə işıq üzü görəcək və Rolls-Royce modeli ilə rəqabətə girişəcəkdir.

Ehtimallara görə, 2020-ci ildə amerikanlar CT6 modelindən bir pillə yuxarıda qərar tutacaq bayraqdar sedanı olan CT8 modelinin buraxacaqdır. Bu avtomobil Audi A8, BMW 7-Series və Mercedes-Benz S-Class modelləri ilə rəqabət aparacaqdır. İlkin məlumatlara görə, yeni bayraqdar 4,2-litrlik ikiturboüfürməli V8 ilə təchiz ediləcəkdir.