Yeni kolleksiyanın üzərində daha çox Surgeon (“Cərrah”) ləqəbi ilə tanınan Dominik Çambrone işləyib. Kapsul kolleksiyasına Cadillac elektromobillərindən ilhamlanan bir neçə model daxildir. İndi bu elektromobillədən dördü amerikan brendinin model çeşidinə daxildir - Lyriq, Celestiq, Optiq və Escalade IQ. Ayaqqabılar çox kiçik tirajla buraxılacaq, odur ki, onlar çox yeyin satılacaqlar.
Çambrone hər bir cüt üçün unikal dizayn hazırlayıb və işdə ona Cadillac dizaynerləri və Miçiqan ştatının Uorren şəhərindəki General Motors Dizayn Mərkəzinin əməkdaşları yardım ediblər.
Dizaynerlər hər elektrokarların xarici görünüşündən ilham alaraq, onların eksteryer və interyer elementlərini dəri üzlüklərin və tekstilin detallarına, habelə idman ayaqqabılarındakı naxışlara çeviriblər. Çambrone və Cadillac şirkəti avtomobillərə bənzərliyin nədən ibarət olduğunun dəqiq izahını verməsələr də, ən azından dəri breloklardan istifadə edərək hər bir cütü imzalayıblar.
Kolleksiya bu həftə Nyu-York ştatındakı Kvins şəhərində keçiriləcək 2024 US Open Fan Experience tədbirindəki Cadillac ekspozisiyasında canlı nümayiş etdiriləcək. Hər modeldən yalnız beş cüt buraxılacaq - yəni, cəmi 20 cüt işığı görəcək. İdman ayaqqabılarının qiyməti hələlik məlum deyil.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.