Cadillac markasının bayraqdar CT6 sedanının ikinci nəsli Çində debüt edib. Bununla belə, heç bir sürpriz yoxdur: yerli müştəriləri sevindirmək üçün Cadillac mütəxəssisləri CT6 modelinin şassisini sadələşdirib, mühərrik çeşidi ixtisara salıb. Eyni zamanda, bayraqdar sedan müasir məlumat-əyləncə kompleksini və bahalı materiallar ilə tərtib edilmiş dəbli interyeri alıb. Ən əsası isə, yeni CT6 modeli 10% ucuzlaşıb!

Cadillac 2023-cü model ilinin CT6 sedanını ikinci nəsil adlandırır, lakin dizayndakı dəyişiklikləri cüzidir: kuzov eyni qalır, əsas arxa ötürməsi və uzununa yerləşən mühərriki olan şassi də dəyişməyib. Tərəqqi haqqında danışmağa dəyməz: yenilikdə tam ötürmə, idarə olunan arxa ox, adaptiv sükan mexanizmi yoxdur. Xatırladaq ki, sedanın ABŞ-dakı sələf bütün bunlara sahib idi.

Çində altı və səkkiz silindrli mühərriklər lazımsızdır, ona görə də mühərrik çeşidi yeganə 2,0-litrlik (237 at qüvvəsi, 350 Nm) dördsilindrli LSY turbomühərrikinə qədər ixtisara salınıb. Güc aqreqatının dartma qüvvəsi arxa oxa 10-pilləli avtomatik transmissiya vasitəsi ilə ötürülür. Adaptiv asqı və Brembo əyləclərinə alternativ yoxdur, ona görə də təchizat səviyyələri arasındakı fərq avadanlıq siyahısı ilə müəyyən edilir.

Daxili dekorasiya və opsiyalar baxımından Cadillac CT6 öz səviyyəsini qoruyub saxlayıb: bütün sedanlar 9K təsvir ölçüsü olan əyri 33 düymlük panellə təchiz edilirlər, sistemin yeyin işləməsinə isə Qualcomm 8155 prosessoru cavabdehdir. Opsional avadanlıq siyahısında rəqəmsal arxa görüntü güzgüsü, iki bölməli panoram dam, Super Cruiser avtopilotu, 1400 vattlıq səs sistemi də var. Bundan əlavə yarıanilin dəri ilə üzlənməni və ağac şponundan örtmələri sifariş etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Qiymətlər çox cəlbedicidir: nəsil dəyişikliyi ilə Cadillac CT6 sedanı 10% ucuzlaşıb və hazırda 360 - 470 min yuan (86 - 113 min manat) arasında dəyişən qiymıətlərlə satılır. Sifarişlərin qəbuluna artıq başlanılıb və General Motors konserninin Çindəki dilerləri yeni avtomobilləri iyun ayında alacaqlar. Yeni modelin Səma İmperiyasından kənarda satılması ehtimalı çox azdır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.