Cadillac şirkəti cari ilin sonuna qədər Opulent Velocity adlanan konsepti nümayiş etdirməlidir. Bu konsept Cadillac brendinin "məhsuldar və lüks" elektrik avtomobilləri yaratmaqda nə qədər irəli getdiyini göstərməlidir. Konseptin seriya təcəssümü Mercedes-AMG elektrokarlarına rəqib ola bilər.

Cadillac şirkləti V-Series xəttinin iyirminci ildönümünü yeni konseptlə qeyd etməyə qərarına gəlib. Cadillac nümayəndələri Opulent Velocity elektrik şou avtomobilini "məhsuldarlıq və lüks sahəsində liderliyin" simvolu kimi təsvir edirlər. Hələlik konseptin hər hansı bor xüsusiyyəti və hətta kuzov tipinə dair məlumatlar yoxdur, baxmayaraq ki, videotizerdə böyük kupeyə bənzəyən bir şey göstərilir. Opulent Velocity konseptinin ən maraqlı cəhəti onun hərəkət zamanı yaratdığı yüksək səsdir.

V-Series xətti 2004-cü ildə, CTS-V sedanı ilə birlikdə debüt edib. “Bərkgedən” sedan adi modelin platformasında inşa edilmiş və Chevrolet Corvette Z06 modelindən götürülmüş, 405 at qüvvəsi və 537 Nm fırlanma anı hasil edən 5,7-litrlik səkkizsilindrli LS6 atmosfer mühərriki ilə hərəkətə gəlirdi. CTS-V sedanı 100 km/saata 4,7 saniyəyə sürətlənir və 268 km/saatlıq maksimal sürətə malik idi. Daha sonra isə,  3,6-litrlik altısilindrli biturbo mühərrik (470 at qüvvəsi, 601 Nm) ilə təchiz olunan ATS-V sedan və kupesi və nəhayət, müasir CT5-V Blackwing və Escalade-V modelləri debüt ediblər.

CT5-V Blackwing sedanı 677 at qüvvəsi və 892 Nm fırlanma anı hasil edən kompressorlu 6,2-litrlik V8 mühərriki ilə təchiz edilir. Escalade-V ofrouderi də eyni mühərrikin 691 at qüvvəsi və 885 Nm hasil edən variantı ilə təchiz olunur. Avtomobillər 100 km/saat həddinə müvafiq olaraq, 3,9 və 4,4 saniyəyə sürətlənirlər. Opulent Velocity konsepti yanacaqla işləyən CT5-V kimi sürətli ola bilər, çünki hətta Celestiq (612 at qüvvəsi, 870 Nm) modeli “bərkgedən” sedandan cəmi 0,2 saniyə geri qalır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.