Şənbə günü, 18 sentyabr tarixində, Cadillac şirkəti ilk seriya elektromobili olan dəbdəbəli Lyriq krossoverinə sifarişlərin qəbuluna başlayıb. Elektrik krossoverinə olan tələbat amerikan markasının bütün gözləntilətini aşıb: cəmi 19 dəqiqə ərzində satışa hazırlanan Debut Edition versiyasının bütün tirajı behlənib. Çatdırılmaların başlanması 2022-ci ilin ikinci rübünə planlaşdırılır, buna görə də, bəzi müştərilər sifarişlərini ləğv edərək geri qaytarılan 100 dollarlıq behlərini götürmək imkanı olacaqdır.
Cadillac Lyriq modelinin digər təchizat səviyyələri əvvəlcədən sifariş üçün hələlik əlçatan deyil. Bəs Debut Edition versiyasının özəlliyi nədən ibarətdir və Cadillac satışların başlaması üçün nə qədər avtomobili hazırladığı barədə məlumat verilmir, lakin ilk partiyanın çoxsaylı olması ehtimalı azdır. Electrek nəşrinin ABŞ-dakı dilerlərin birinə istinadən yazdığı kimi, debüt seriyasında 1500 avtomobil var.
Cadillac Lyriq modelinin başlanğıc qiyməti 59,990 dollar olacaqdır. Aprel ayında təqdim olunan elektrik krossoveri orijinal görünüşə, multimedia sisteminin 33-düymlük əyri ekranına və firma Super Cruise magistral avtopilotuna malikdir.
Lyriq elektrokrossoveri 100 kilovat-saatlıq batareyadan qidalanan 340 at qüvvəli elektrik güc qurğusu ilə təchiz edilir. Cadillac şirkətindən bildirildiyinə görə, dolu batareya krossoveri 480 kilometrə qədər yürüş ehtiyatı ilə təmin edəcəkdir. 10 dəqiqə ərzində təxminən 120 kilometrlik yürüş ehtiyatını bərpa etmək mümkün olacaqdır. Lyriq modelinin başqa bir xüsusiyyəti, onun “yaşıl” rəqiblərinin əksəriyyətinin təklif etdiyi ön baqaj bölmıəsinin olmamasıdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.