Cadillac şirkətinin prezidenti Stiv Karlayl, amerikan markasının gələcək elektromobillərdə hərf və rəqəmdən ibarət olan adları istifadə etməyəcəyini bildirib. Bununla belə o, şirkətin Seville və ya Eldorado kimi köhnə adlardan istifadə edib-etməyəcəyinə aydınlıq gətirməyib. Məlum məsələdir ki, marka yeni adları da fikirləşib, qeydə ala da bilər.
İlk dəfə real ad 2020-ci ildə debüt edəcək elektrokara veriləcəkdir. Bundan sonra tamölçülü adlar yeni təqdim ediləcək modellərə veriləcəkdir. Hazırda isə, Cadillac ənənəvi adı yalnız Escalade modeli üçün istifadə edir. Qalan modellər isə XT4, XT5 və CT6 kimi indekslərlə işarələnib.