Cadillac şirkəti Dpi-V.R. adlı yarış avtomobilini hazırlamışdır ki, bu prototip sayəsində amerikan markası sportprototiplərin yarışına qayıtmaq niyyətindədir. IMSA WeatherTech Sports Car Championship çempionatında çıxış edəcək sportprototip 600 at qüvvəsinə malikdir.
Yeni avtomobilin ilk “döyüş” debütü 2017-ci ilin yanvarında keçiriləcək “Daytonanın 24 saatı” marafonunda baş tutacaqdır. Sportprototip ən yüksək siinifdə yarışmaq üçün hazırlanmışdır. Onun şassisinin yaradılmasında Dallara firmasının mütəxəssisləri iştirak etmişdirlər. Avtomobilin çəkisi 930 kiloqram təşkil edir və 6,2-litrlik quru karterli V8 mühərriki ilə hərəkətə gəlir. Mühərrik dəqiqədə 7600 dövr edir. Prototipin mühərrikinin arxitekturası Cadillac CTS-V “bərkgedən” sedanındakı aqreqatla bənzərlik daşıyır.
Güc aqreqatı sükanaltı dəstəklərlə ötürmələri həyata keçirməyə imkan verən Xtrac sekvental ötürmələr qutusu ilə birgə çalışır. Avtomobil arxadan çəkişlidir və yüksək sürtünməli mexaniki differensial ilə təchiz edilir. Yeni sportprototiplər Action Express Racing və Wane Taylor Racing komandalarının sərəncamına veriləcəkdir ki, bu komandalar da əvvəllər Corvette Daytona prototiplərində çıxış edirdilər.
Sonuncu dəfə Cadillac markası sportprototiplərin yarışında Norhstar LMP prototipi ilə 14 il bundan əvvəl çıxış etmişdi.