Cadillac amerikalılara sərfəli qiymətə malik olan Optiq elektrik krossoverini nümayiş etdirib. Cadillac Optiq bu ilin aprelində Çində debüt etsə də, ABŞ bazarına yalnız indi çıxır. O, Ultium arxitekturasına əsaslanan orta ölçülü elektrik krossoveridir. Eyni platforma "böyük" Lyriq modelinin də əsasını təşkil edir. Qiymətlər artıq açıqlanıb: krossover üçün minimum 54 min dollar istənilir. Amerikan Cadillac Optiq modelinin istehsalına 2024-cü ilin payızında başlanılmalıdır.

Optiq krossoveri Lyriq, Escalade IQ və bayraqdar Celestiq sedanını da əhatə edən yaşıl IQ ailəsindəki ən yığcam elektrik avtomobilidir. Dizayn baxımından yeni model Lyriq krossoverinə daha yaxındır: onlar əyri trapesiyaşəkilli məlumat-əyləncə kompleksi olan bənzər interyerə malikdirlər, eksteryerdə də çoxlu ümumi cəhətlər var.

ABŞ-da elektrik krossoverini 304 at qüvvəsi və 480 Nm fırlanma anı hasil edən ikimühərrikli güc qurğusu ilə təklif olunacaq. Optiq tam ötürməlidir. Batareyanın tutumu 85 kilovat-saatdır. Dolu batareya ilə Optiq 482 kilometr yol qət edəcək və “sürətli” terminala on dəqiqə qoşulmaqla, 127 kilometrlik yürüş ehtiyatını bərpa etmək mümkün olacaq.

Standart avadanlıq siyahısına firma Super Cruise avtopilotu, rəqəmsal cihazlar paneli və multimedia sisteminin taçskrinini birləşdirən 33-düymlük panel, 19 dinamiki olan AKG audio sistemi və 20 düymlük təkər diskləri (21 düymlük təkər diskləri opsiyadır) daxildir. əlavə ödəniş). Model üçün həmçinin tünd dekorlu Sport paketi də əlçatandır.

Çində Optiq daha ucuz başa gəlir: qiymətlər 239,7 min yuandan başlayırr. Bunun sadə bir izahatı var - Optiq yerli bazarda təkcə iki elektrik mühərriki ilə təmin edilən tam ötürməli versiyada deyil, həm də mono ötürməli versiyada təklif olunur. Belə krossover 245 at qüvvəsi hasil edən yeganə elektrik mühərrikinə malikdir, batareyanın tutumu isə, 68,4 kilovat-saatdır - o, Çin CLTC dövrünə əsasən 536 kilometrə qədər yürüş ehtiyatını təmin edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lakin Optiq krossoverinin Çində satılan daha güclü tam ötürməli versiyasıə ümumi gücü 287 at qüvvəsi olan iki elektrik mühərriki ilə təchiz edilir. O, 79,7 kilovat-saatlıq batareyaya malikdir və 600 kilometr məsafə qət edir. Çində artıq Cadillac Optiq modelini almaq mümkündür.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.