Nyu York polisi 1994-cü ildən bəri Bruklinin küçələrinin birində atılıb-qalmış sahibsiz Cadillac sedanını xüsusi dayanacağa təxliyyə ediblər. Ən maraqlısı odur ki, bu təxliyyə Bruklin sakinlərini iki düşərgəyə bölüb.
Söhbət açılan Cadillac sedanı keçən əsrin 90-cı illərinin əvvəllərində Bruklin-stritdəki park yerlərinin birində saxlanılaraq tərk edilib. Dərc edilmiş şəkillərdə avtomobilin içində köhnə əşyaların və müxtəlif zibilin saxlanıldığı aşkar görünür. Yaxınlıqda yaşayan sakinlər avtomobilin təxliyyəsinıə sevinsələr də, sakinlərin bir hissəsi rayonun diqqətəlayiq abidədən məhrum edildiyini düşünür. Onların fikrincə, Caddilac-dan xoşu gəlməyənləri həqiqi bruklinli saymaq olmaz, çünki bu avtomobil tarixin bir parçasıdır.