Cadillac özünün ilk elektromobilinin satışlarına başlamağa hazırlaşır - Lyriq krossoveri diler mərkəzlərində mayın 19-da peyda olacaqdır. Əvvəlcə elektromobil yeganə 346 at qüvvəli elektrik mühərriki və 100 kilovat-saatlıq batareyası olan arxa ötürməli versiyada, sonra isə, təxminən 500 at qüvvəsi hasil edən ikimühərrikli güc qurğusu olan tam ötürməli modifikasiyada təklif ediləcəkdir..

Modelin qiymətləri keçən ilin sentyabr ayında sifarişlərin qəbuluna başlanan zaman açıqlanıb. “Xoş gəldin” Debut Edition versiyasında olan Cadillac Lyriq modeli ABŞ-da, çatdırılma nəzərə alınmadan, 59 990 dollara başa gələcəkdir.

Bu, Escalade modelindən sonra Lyriq elektrokarını amerikan brendinin ən bahalı ofrouderi edir. Xatırladaq ki, ABŞ-da Escalade modelinin qiyməti 76,195 dollardan başlayır. Eyni zamanda, Lyriq ən yaxın rəqiblərindən daha ucuzdur: Audi e-tron (408 at qüvvəsi) - 65 900 dollara, BMW iX xDrive50 (523 at qüvvəsi) - 83 200 dollara və Tesla Model X (670 at qüvvəsi) isə 114 990 dollara satılır.

Lyriq Debut Edition modelinin avadanlıq siyahısına rəqəmsal cihazlar panelini və multimedia sisteminin ekranını birləşdirən 33-düymlük panel, 19 dinamikli AKG Studio audio sistemi, səs-küyün aktiv boğulması sistemi, masaj və havalandırma funksiyası olan ön oturacaqlar, panoram dam, 20-düymlük təkər diskləri, özündə adaptiv kruiz-kontrol və dairəvi görüntü kameralarını da cəmləşdirən elektron köməkçilər paketi daxildir. İkinci səviyyəli firma Super Cruise avtopilotu opsional avadanlıqdır.

Satışların başlanğıcında Lyriq modeli arxa oxda yerləşən 346 at qüvvəli elektrik mühərriki və 100 kilovat-saatlıq batareya ilə təklif ediləcəkdir. Elektromobil enerji doldurmadan 483 kilometr məsafə qət edir və 190 kilovatlıq yükləməni dəstəkləyir - 10 dəqiqə ərzində 122 kilometrlik enerji ehtiyatını bərpa etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

“Car and Driver” nəşri daha sonra satışa çıxarılacaq ikimühərrikli Lyriq modeli haqqında məlumatı paylaşıb. Nəşr Cadillac nümayəndəliyinə istinadən xəbər verir ki, tamötürməli versiya təxminən 500 at qüvvəsi hasil edən güc qurğusu ilə təklif olunacaq, eyni zamanda, onun qiyməti ikimühərrikli rəqiblərindəkidən aşağı olacaqdır. Tamötürməli Lyriq modeli monoötürməli versiya ilə eyni 100 kilovat-saat batareyanı alacaq, lakin onun yürüş məsafəsi bir qədər az olacaqdır.

Cadillac Lyriq modelinin istehsalına bu ilin mart ayında Tennessi ştatının Sprinq Hill şəhərindəki General Motors zavodunda start verilib. Debut Edition versiyası 1,5 min nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır. 2022-ci ilin sonuna qədər şirkət 25 minə yaxın elektromobil istehsal etməyi planlaşdırır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.