Cadillac şirkəti bu il idman dəstinə malik olan XT4 V-Sport və 300 at qüvvəli XT4-V modellərini təqdim etməlidir. Cadillac Society portalının məlumatına görə, yeni modellər gələn ilin əvvəlində satışa çıxacaqdırlar.
Cadillac XT4 V-Sport modeli adi versiyadan dekoru ilə fərqlənəcəkdir. Çox güman ki, bu versiya daha aqressiv kuzov dəsti və interyerdəki idman cizgiləri ilə seçiləcəkdir. Cadillac XT4-V modelində isə, dəyişikliklər daha ciddi xarakter daşımalıdır. Ən başlıcası isə, «bərkgedən» XT4-V krossoveri 300 at qüvvəsi hasil edən 2,7-litrlik mühərrik ilə təchiz ediləcəkdir. Yeni modellər barədə başqa məlumat verilməyib.