Cadillac şirkəti Future is Here seriyasından olan yeni reklam çarxını yayıb. Bu çarxda amerikan istehsalçısı özünün avtopilot sisteminin Tesla şirkətinin bənzər sistemindən üstün olduğunu göstərib. Videoçarx Cadillac şirkətinin rəsmi YouTube kanalında dərc edilib.
Cadillac şirkətinin şosse üçün nəzərdə tutulmuş Super Cruise adlı yarımavtonom idarəetmə sistemi Tesla avtonom sistemindən fərqli olaraq sürcünün daima sükanı tutmasını tələb etmir. Bu səbəbdən də Cadillac CT6 sedanının sürcüsü Tesla Model S sedanını ötərkən nümayişkaranə şəkildə əllərini sükandan çəkir.
Keçən ilin sentyabrında Cadillac şirkəti Super Cruise sistemin imkanlarını nümayiş etdirmək üçün journalist və səhmdarlardan ibarət kiçik qrupu Nyu-Yorkdan Los-Anjelesə yürüyüşə göndərmişdir. Marşrutun bir hissəsi sürücünün müdaxiləsi olmadan keçilmişdir. Super Cruise sistemi 2018-ci ilin Cadillac CT6 avtomobillərində opsiya olaraq təklif edilir. Sistem fəaliyyət zamanı sürücünün baxışlarını izləmə funksiyasından, kameralar dəstidən, lidardan alınmış topoqrafik məlumatlardan və naviqasıya sisteminin məlumat bazasından istifadə edir.
Belə həll yolu görüşün məhdud olduğu yerlərdə, misal üçün, döngələrdə və dərəli-təpəli ərazidə hərəkət zamanı yardım edir.