Mexaniki sürət qutuları ilə təchiz edilən avtomobillərin sayı getdikcə azalmaqdadır. Hal-hazırda üçpedallı avtomobillərə ən çox üstünlük verənlər Avropanın iri meqapolislərində yaşayan inşanlardlr. Yanacağın və dayanacaq yerlərinin baha qiyməti bir çoxlarını mexaniki ötürmələr qutusu ilə təchiz edilmiş yığcam avtomobillərə diqqət yetirməyə məcbur edir.
Lakin, «Köhnə dünyadan» fərqli olaraq, digər qitələrdə yaşayan insanlar avtomatik qutulara daha çox üstünlük verirlər. Misal üçün uzağa getmək lazım deyil - elə götürək Azərbaycanı.
Avtomobil istehsalçıları artan tələbatı nəzərə alaraq avtomatik transmissiyaları təkmilləşdirməyə davam edirlər. Artqı bir çox «avtomatlar» mexaniki qutulardan belə yaxşı qənaətcillik göstəricilərə malikdirlər.
Buna baxmayaraq, Cadillac şirkəti heç də mexaniki qutudan imtina etmək niyyətidndə deyil. Özü də söhbət «V» seriyasından olan «bərkgedən» avtomobillərdən gedir. Bunlar düşündüyünüz kimi, bir müddət bundan öncə təqdim edilmiş CT4-V və CT5-V modelləri deyil. Cadillac adı çəıkilən modellərdən daha güclü olan avtomobilləri hazırlayır ki, bu qəbildən olan modellərin Blackwing adına sahib olacağı ehtimal olunur.
Hazırda Cadillac markasının təqdim etdiyi «qaynar» CT4-V və CT5-V modelləri V-Sport xəttinə aid ediləcəkdirlər. Cadillac CT6-V sedanından tanış olan 4.2-litrlik V8 Blackwing mühərrikinin şərəfinə adlandıracaq V-Blackwing seriyasının isə, elə adı çəkilən mühərriklə təchiz ediləcəyi gözlənilir.
Xatırladaq ki, Cadillac CT6-V modelinin 4,2-litrlik benzin mühərriki iki qanadçığı olan turbokompressor cütlüyü, elektron idarəetməsi olan öncədən buraxılış klapanı, iki interkuler, silindrlərin söndürülməsi və elektronasoslu yağlama sistemi ilə təchiz edilir. Mühərrik 557 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edir. Güc aqreqatı 10-pilləli avtomatik ötürmələr qutusu və tam çəkiş sistemi ilə tandemdə çalışır.