Gələcək elektrik modellərinə həsr olunmuş tədbirdə General Motors konserni Cadillac markasının yeni flaqman sedanının adını açıqlayıb - Celestiq.
General Motors konserninin xüsusi tədbirdə nümayiş etdirdiyi tam ölçülü Cadillac Celestiq bayraqdar sedanı, elektrokarlar üçün nəzərdə tutulmuş modul platformada inşa ediləcək və firma Ultium batareyalar sistemi ilə təchiz olunacaqdır. Yeni sedan liftbekə bənzəyən kuzova və Cadillac markasının ilk elektromobili olacaq Lyriq krossoverinin üslubunda dizayna sahib olacaqdır. Eyni zamanda, sedan daha uzun, daha geniş və daha alçaq olmalıdır.
Şaquli işıqlandırma və xarakterik barmaqlığı olan ön hissə də, sedanın amerikan markasının mövcud olan krossoverlərinə oxşarlığını təmin etməlidir. GM yeni sedan əl ilə yığmaq və məhdud saylı tirajla buraxmaq niyyətindədir. Cadillac Celestiq modelinin salonunda ön panel boyu uzanan nəhəng ekranın quraşdırılacağı, interyer tərtibatında isə həqiqi dəri və ağacdan istifadə ediləcəyi bildirilib. Şayiələr görə, elektrokarın qiyməti 200 min dollara yaxın olmalıdır.
Flaqman sedanının debüt tarixi sirr olaraq qalır. Cadillac Lyriq krossoveri isə aprelin 2-də Nyu Yorkda keçiriləcək avtosalonda debüt etməli idi, lakin artıq avtosalonun təxirə salındığı bildirilib. Çox güman ki, ilk Cadillac elektrokarı onlayn olaraq təqdim ediləcəkdir.