The Detroit Bureau’nun yaydığı xəbərə əsasən, Cadillac şirkəti üçüncü yeni krossoverin işlənib-hazırlanmasına «yaşıl işıq» yandırıb. Bu məlumatı Büroya şirkətin daxilindəki mənbələr ötürüb. Mənbənin bildirdiyinə görə, yeni yığcam krossover Audi Q3, BMW X1, Infiniti QX30 və Mercedes-Benz GLA-Class ilə rəqabət aparmalıdır. Əslində belə avtomobillər ABŞ-da çox da tələb edilən deyillər, və amerikan şirkətinın əsas məqsədi, Çin bazarında olan mövqeyini möhkəmləndirməkdir.
Bundan əvvəl, amerikan şirkətinin rəhbəri Yohan di Nayson Cadillac’ın növbəti krossoveri 2018-ci ildə istehsal edəcəyini bildirmişdir. Yeni avtomobil şirkətin model cərgəsində, Dubayda təqdimatı keçirilmiş Cadillac XT5 modelindən bir pillə aşağıda duracaqdır. Çox güman ki, avtomobil XT4 adlandırılacaq və BMW X3, Lexus NX və Mercedes-Benz GLC-Class ilə rəqabətə girişəcəkdir.
Sonradan Cadillac şirkəti XT5 və Escalade modelləri arasında yerləşəcək iri krossoverin hazırlanmasına start vermək niyyətindədir. Bu krossoverin əsas rəqibləri Audi Q7 və Volvo XC90 avtomobilləri olmalıdır.
Xatırladaq ki, Cadillac XT5 şirkətin buraxdığı son yeni avtomobili olaraq SRX modelini əvəz edəcəkdir. Avtomobil 310 at qüvvəsi gücü olan 3,6-litrlik V6 benzin mühərriki və hələlik texniki göstəriciləri naməlum olan 2,0-litrlik «turbodördlük» ilə təchiz ediləcəkdir. Hər iki güc aqreqatı səkkiz diapazonlu avtomatik sürətlər qutusu ilə birləşdiriləcəkdir. Avtomobil həm öndən, həm də tam çəkiş sistemi ilə təchiz olunacaqdır.