GM Design Instagram profilində eksteryer dizayneri olan Rebekka Buller tərəfindən hazırlanmış naməlum avtomobilin eskizlərini yayımlanıb. Bu dəfə eskizlərdə ölçülərinə görə Escalade modelinə əsas bənzəyən və əsas xüsusiyyəti taybatay açılan qapıları olan ofrouder təsvir olunur.

Jurnalistlər qələmlə çəkilmiş eskizlərdəki avtomobil barədə mülahizələr yürütməyə başlayıblar. Məsələn, Carbuzz.com nəşri eskizlərdəki avtomobilin "paralel kainatdan" olan yeni Escalade modelinin variantlarından birinin olduğunu iddia edirlər. Motor1 saytı isə, öz növbəsində, eskizin gələcəkdə debüt edəcək yeni bir modelə işarə etdiyinə inanır, lakin yeni ofrouderin məhz belə dizayna malik olması şansı çox cuzidir .

Eskizlərdəki yolsuzluq avtomobili bir qədər Lyriq elektrik krossoverini və Celestiq sedanını xatırladır: şaquli ön fənərlər qanadlara keçir, arxa fənərlər isə L şəklindədir. Buna əlavə olaraq avtomobildə orta dirək yoxdur. Bu, avtomobilin hərəkət istiqamətinin əksi istiqamətində açılan arxa qapıların mövcudluğuna işarə edir.