Alən Prost ilə görüşümüz Fransanın Azərbaycandakı səfirliyində baş tutdu. Alən Fransanın Azərbaycandakı səlahiyyətli səfiri xanım Aurelia Bouchez tərəfindən media nümayəndələri ilə görüşə dəvət etdilmişdi.

Fransanın Azərbaycandakı səfiri xanım Aurelia Bouchez: “Hörmətli cənab Prost. Səfirliyimizə təşrif buyurdugunuza görə təşəkkür edirəm. Qeyd etmək istərdim ki, səfəriniz Azərbaycanda keçirilən Grand Prix çərçivəsində həyata keçirilmişdir.

Təbii ki, Renault komandasını təmsil etməyiniz diqqəti çox cəlb edir. Cənab Prost Renault markasının səfiridir, həmçinin Renault Sport F1 komandasının təmsilçisidir. Alən Prost dünya miqyasında tanınmış şəxsiyyətdir. O, 4 qat dünya çempionu olub, müxtəlif F1 komandalırnda 51 qələbə qazanmışdır.

Rəqibləri ilə münasibəti haqqında da bir neçə söz demək istərdim. Ayrton Senna ilə dueliniz nəticəsində əfsanəyə çevrilmisiniz. Cənab Prost yetişən gənc nəsil üçün bir nümunədir”.

Alən Prost: “Mənim üçün burada olmaq böyük şərəfdir. Bu mənim Azərbaycana ilk səfərimdir. Komandamızın Azərbaycan Grand Prix-də iştirakı çox böyük önəm daşıyır. Qeyd etmək istərdim ki, yarış üçün hər şey yüksək səviyyədə hazırlanıb. Artıq uzun illərdir ki, ənənəvi olaraq Formula1 yalnız Avropa ölkələrində keçirilirdi. Sonrakı illərdə isə, yarışlar Şimali Amerika qitəsində, Yaponiyada və digər ölkələrdə keçirilməyə başlanmışdır.

Hazırda  F1-in coğrafi məkanı genişlənərək digər ölkələri də əhatə edir. İdman sahəsində Renault-nun müvəffəqiyyətləri cox vacibdir. Bizim komandamız bu il 7-ci yerdədir. Məqsədimiz 5-ci pilləyə yüksəlməkdir. Bakı Halqası trekinin uzun düzlüyü, çoxsaylı çətin və dar döngələri mövcuddur. Bu gün keçirilmiş sessiyada çoxsaylı qəzaların şahidi olduq. Bakıda yarış çox çətin və maraqlı olacağına əminəm”.

Alən Prost suallarıma cavab olaraq aşağıdakıları söylədi.

R.M.: Alən, Renault komandasının AzerbaijanGP-də qalib gəlmək şansı nə qədər yüksəkdir?

A.Prost: Renault Sport F1 komandasının Bakıda qalib olmaq şansı yoxdur. Renault komandası Red Bull komandası ilə də əməkdaşlıq edir və komandanı mühərriklə təhciz edir. Red Bull komadasının qalib gəlmə şansı daha yüksəkdir. Bu həftəsonu Red Bull komandasının qalib olacağını düşünürəm, Renault Sport F1 Team isə, ən azından ilk onluqda finiş görəcəyinə ümidl edirik. Realist olmaq lazımdır, öz şanısımızı düzgün qiymətləndirməliyik. 

R.M. Öncəki müsahibənizdə bolidlərin müəhhiklərinin gücünü yüksəltməsinin lazım olduğunu söyləmisiniz. Bu qəza riskini artırmır ki?

A.Prost: Mühərrik məsələsi Formula1-də ən əsas mövzülardan biridir. Hələlik bu sahədə reqlamentə ciddi dəyişikliklər edilməyib. Bununla belə, avtomobil istehsalçıları ilə 3 il sonra hansı mühərriklərin tətbiq olunmasının məqsədəuyğun olması barədə məsləhətləşmələr keçirilib. Əsas məqsəd mühərrikləri sadələşdirmək, eyni zamanda onalrın gücünü yüksəltməkdir. Bu mövzü hal hazırda ən başlıca mövzülardan biridir və müzakirə olunmağa davam edir.