Carbonfiber Dynamics tüninq-atelyesi rəsmi olaraq yeni si təqdim etmişdir. Bu dəfə tüner "bərkgedən" BMW M5 sedanı üçün 3D Design şirkəti ilə birlikdə hazırladıqları təkmilləşdirmələr proqramını nümayiş etdirmişdir.
Təkmilləşdirilmiş "bərkgedən" sedan 3D Design atelyesinin mütəxəssisləri tərəfindən karbondan hazırlanmış aerodinamik kuzov dəsti ilə təchiz edilmişdir. Parlaq-narıncı rəngə boyanmış sedan yeni ön splitterə, yan kandarlara, arxa diffuzora və baqaj bölümünün qapağına bərkidilən şıq spoylerə malik olmuşdur. Sedanın eksteryerinin təkmilləşdirilməsinin son çizgisi Vossen firmasının istehsalı olan 21-düymlük təkər diskləri olmuşdur.
Lakin, avtomobildə baş vermiş əsasə yenilik onuneksteryerində deyil, məhz kapotunun altındadır. BMW M5 modelinin 4,4-litrlik iki turbokompressorlu səkkiz silindirli mühərriki müəyyən dəyişiklərə məruz qalmış və yeni buraxılış sistemi ilə təchiz edilmişdir. Görülən işlər nəticəsində mühərrikin gücü 830 at qüvvəsinə qədər atırılmışdır.
Avtomobilin dinamik xüsusiyyətləri açıqlanmasa da, Carbonfiber Dynamics nümayəndələri hazırladıqları BMW M5 modelinin 200 km/saat sürətini 10 saniyəyə topladığını bildirmişdirlər. Xatırladaq ki, adi BMW M5 sedanı 560 at qüvvəsinə və 680 Nm fırlanma anına malikdir. İlk "yüzlüyü" toplamağa "bərkgedən" sedana 4,3 saniyə tələb olunur.