Məşhur Carbonfiber Dynamics tüninq atelyesi BMW M4 modelinin kompleks şəklində təkmilləşdirilməsi proqramını təqdim etmişdir. Tüninq mütəxəssislərinin müdaxiləsindən sonra, yüksək məhsuldarlıqlı kupenin mühərrikinin gücü 700 at qüvvəsinə qədər artırılmışdır.
Eyni zamanda BMW M4 kupesi karbondan hazırlanan optimallaşdırılmış aerodinamik kuzov dəstini və BMW M4R adını əldə etmişdir. Bildiyimiz kimi, BMW M4 modeli standart olaraq 431 at qüvvəsi və 550 Nm fırlanma anı təklif edən 3,0-litrlik altı silindirli biturbo mühərriklə təchiz edilir. Lakin, TTE 6XX kompressorları, metanol çiləmə dəstinə və Burger Motorsport JB4 tənzimləmələri sayəsində turbomühərrikin gücü 700 at qüvvəsinə, fırlanma anı isə 860 Nm-ə qədər yüksəlmişdir.
Atelye mütəxəssislərinin bildirdiyinə görə, «daha güclü səslənmə» üçün BMW M4R kupesi An Eventuri Carbon/Kevlar daxil olma sistemini və Akrapovic buraxılış sistemini əldə etmişdir. Müxtəlif güc variantlarını təklif edən tənzimləmələri salonda quraşdırılmış xüsusi düyməyə basmaqla dəyişdirmək mümkündür. Atelye tərəfindən dərc edilmiş mətbuat açıqlamasında BMW M4R modelinin 100 km/saatdan 200 km/saat həddinə kimi sürətlənməsinə 5,9 saniyə bəs edir.
Hər şeydən əlavə, avtomobil Bilstein B16 EDC asma sistemini, həmçinin öndə 6 porşenli supportları və 392 millimetrlik diskləri, arxada 4-porşenli və 380 millimetrlik əyləc diskləri olan Mov’it əyləc sistemini, yüksək məhsuldarlıqlı Dodson Motorsport muftasını əldə etmişdir. Bütün bu sistemlər sürücüyə gücü atmış avtomobili ram etməyə yardım edəcəkdir. Kupenin əldə etdiyi çoxsaylı aerodinamik elementlərin əksər hissəsini yapon firmaları hazırlamışdırlar.
Misal üçün, yan kandarları və diffuzoru Varis firması, ön bamper və arxa aerodinamik «qanadı» 3DDesign atelyesi, kapotu isə MTC Design şirkəti hazırlamışdır. Bundan başqa, avtomobil 300 km/saat sürətində sınaqdan keçirilmiş 56°Nord karbondan hazırlanmış baqaj quraşdırılmışdır.
Sonunda kupeyə GT4 üslubunda olan Revowrap livreyası «geyindirilmişdir».