Carlex Design atelyesi Porsche Macan krossoverinin tüninq layihəsini təqdim edib. Polşada fəaliyyət göstərən atelye avtomobilin interyerini yenidən tərtib edərək, qızıldan elementlər əlavə edib.
Macan krossoverinin interyeri açıq-qəhvəyi rəngli dəri ilə üzlənibdir. Tavan, qapı panellərinin yuxarı hissəsinin və dayaqların üzlənməsində qara rəngli alkantaradan istifadə olunub. Sükan çarxındakı elementlərin, ön panel və mərkəzi konsoldakı, qapıların, ötürmələr qutusunun dəstərinin və hətta sol ayağın dincəldiyi meydança da çəhrayı qızıldan hazırlanmış elementlərlə bəzədilibdir.