Carlex Design tüninq atelyesinin Pickup Design bölməsi Mercedes-Benz X-Class pikapının bazasında hazırladığı növbəti layihəni təqdim edib. Bu X-Class Exy 6x6 Concept pikapının ümumiyollar üçün versiyasıdır. Pikap karbondan hazırlanmış kuzova malikdir.
Üçoxlu Exy Monster X Cencept hələlik yalnız renderlərdə mövcuddur. Layihə müəllifləri karbon kuzovun pikapın ən seçilən xüsusiyyətlərindən biri olacağını bildiriblər. Kompozit materialdan aerodinamik dəstin bütün elementləri - təkər tağlarının genişləndiricilərindən tutmuş yük bölümünün qapağına kimi, - hazırlanıbdır. Pikap iki bucurqardla təchiz ediləcək, onun yük bölümü isə xüsusi sarı rəngə boyanacaqdır.
Bundan başqa, pikap genişləndirilmiş təkər izinə, klirensi azaldılmış idman asqısına, karbon-saxsı əyləc mexanizmlərinə və işqıdiodlarından hazırlanmış «çilçırağa» sahib olacaqdır. Salonda dəri ilə örtülmüş idman oturacaqları quraşdırılacaqdır.
Pikapın texniki hissəsi barədə məlumat verilməyib. Standart pikapın top-versiyası 258 at qüvvəsi və 550 Nm fırlanma anı hasil edən 3,0-litrlik dizel ilə təchiz edilir. Adi pikap yerindən 100 km/saat həddinə 7,5 saniyəyə sürətlənir.