Polşada yerləşən Carlex Design atelyesi Mercedes-Benz X-Class pikapını velosiped aşiqlərinin tələblərinə uyğun olaraq modernləşdirməyi təklif edir. Exy Viale Bike Tour Set adını almış "velosipedçisi" layihəsi həm avtomobilin təkmilləşdirilməsini, həm də eyni üslubda tərtibata malik olan xüsusi treyler-motorhomun inşasını nəzərdə tutur. Bu avtoqatar qırmızı, qara və ağ rənglərə boyanır.

Ənənəyə uyğun olaraq, Carlex Design tərəfindən hazırlanmış Mercedes-Benz X-Class pikapı adi modeldən təkər tağlarının genişləndiriciləri, xüsusi aqressiv bamperləri, kuzovun karbon işləmələri və qeyri-adi rəng birləşməsi ilə fərqlənir.

Exy Viale Bike Tour Set layihəsi üçün dizaynerlər elektrikli velosipedlər üçün xüsusi bərkitmələri hazırlayıblar ki, bu da idman qurğularını kuzovun tutumuna zərər vermədən nəql etməyə imkan verir. Bundan əlavə, stilistlər 22-düymlük təkər diskləri üçün, yüksək profilli şinlərin görüntüsünü yaradan xüsusi örtüklər də seçiblər.

Bayker X-Class pikapı ilə birlikdə, dörd çarpayısı, vanna otağı, tualeti və mətbəxi olan orijinal treyleri də sifariş etmək olar. Bununla belə, motorhomun interyer şəkilləri təqdim olunmayıb və onun ölçüləri də gizli saxlanılır. Lakin, şəkillərə əsaslansaq, qoşqunun uzunluğunun altı metrə yaxın olduğunu söyləmək mümkündür.

Image alt Image alt Image alt Image alt Image alt

Carlex Design pikapın texniki xarakteristikalarını da açıqlamayıb. Böyük ehtimalla, atelye layihənin əsası kimi 258 at qüvvəsi hasil edən 3,0-litrlik turbodizel ilə təchiz edilmiş və ən yüksək təchizata malik olan Mercedes-Benz X 350 d modelini götürüb. Çox güman ki, atelye əyləc mexanizmlərinin dəyişdirilməsi ilə kifayətlənib. Ayrıca, pikapın pnevmoasqı ilə təchiz olunacağı da istisna edilmir: şəkilişlərdəki pikapın klirensinin yüksək olduğu diqqəti çəkir.

Carlex Design avtoqatarın qiymətlini də gizli saxlayır, lakin polyak tünerin əsərləri heç də ucuz olmur. Güman edirəm ki, Mercedes-Benz X-Class pikapı üçün nəzərdə tutulmuş teleskopik velosiped rəfinin qiymətinin 4,5 min avro olması hər şeydən xəbər verir.