Polşanın Carlex Design atelyesi Mercedes-Benz X-Class pikapının bazasında inşa ediləcək yeni layihəsini təqdim edib. X-Class Exy 6x6 adını almış layihə hələlik eksiz və üçölçülü render şəklində mövcuddur. Bununla belə, şirkət real avtomobil üzərində işlərin davam etdiyini bildirib.
Mercedes-Benz X-Class Exy 6x6 modeli üçüncü ox ilə yanaşı, iri hava girişləri və quraşdırılmış bucurqardı olan dəyişdirilmiş ön bamperə, təkər tağlarının plastikdən genişləndiricilərinə, hava girişi olan kapota, yeni radiator barmaqlığına və damda quraşdırılan yardımçı işıqlandırmaya sahib olacaq.
Pikapın arxa hissəsində yeni bamper, hava axınını yönləndirən əlavələri olan təkər tağları, quraşdırılmış spoylerləri olan müdafiə qövsü və baqaj bölümünün yeni qapısı quraşdırlacaqdır. Əlbəttə ki, pikap artırılmış klirensə və güclü mühərrikə də malik olacaqdır.