Alman tüninq atelyesi olan Carlsson şirkəti «bərkgedən» Mercedes-AMG C63 S modeli üçün hazırladığı tüninq proqramını təqdim etmişdir. Təkmilləşdirilmədən sonra sedan standart variantdan daha güclü və yeyin olmuşdur.
Tünerlərin müdaxiləsi nəticəsində 4,0-litrlik iki turbokompressorlu V8 mühərrikinin gücü 500 at qüvvəsindən 625 at qüvvəsinə, fırlanma anı isə 700 Nm-dən 825 Nm-ə qədər artırılmışdır.
100 km/saat həddini toplamaq üçün «bərkgedən» sedana 3,8 saniyə tələb olunur ki, bu da standart variantında olduğundan 0,2 saniyə yeyindir. Sedanın maksimal sürəti 290 km/saatdan 330 km/saata artırılmışdır. Əlbəttə ki, Carlsson mütəxəssisləri Mercedes-AMG C63 S üçün tərkibinə ön və arxa spoyler, diffuzor və yan kandarlar daxil olan yeni aerodinamik kuzov dəstini də hazırlamışdırlar.
Bundan başqa, onlar xüsusi dizayna malik olan 20-düymlük təkər disklərini də quraşdırmağı təklif edirlər. Avtomobilin salonu Şotlandiyada hazırlanmış Nappa dərisi və alkantara ilə üzləmək də mümkündür.