İtalyan Carrozzeria Touring Superleggera kuzov atelyesinin tarixində yalnız önmühərrikli modellər olub. 95 illik yubileyini qeyd edən atelye, bu əlamətdar hadisənin şərəfində xüsusi bir avtomobil hazırlayıb – söhbət ortamühərrikli ilk avtomobildən gedir. Ferrari 488 superkarına əsaslanan yeni avtomobil Arese RH95 adlanır.
Superkarın adı, Touring Superleggera qərargahının yerləşdiyi məkana - Milan şəhərətrafı Areze qəsəbəsinin şərəfinə adlandırılıb. Avtomobilin indeksində isə, atelyenin yaşı və buraxılacaq 18 avtomobildən birincisinin sahibinin baş hərflərini şifrələyib. Kupenin dizayn üslubu Disco Volante modelinin həcmli formaları və Aero 3 modelinin aqressiv dizaynının simbiozi kimi təsvir edilir. Sonuncu üslubdan daha geniş tətbiq olunub.
Kuzov, əlbəttə ki, tamamilə orijinaldır və karbon lifli möhkəmləndirilmiş plastikdən hazırlanıbr. Şirkət RH95 superkarını ilk ortamühərrikli model adlandırır, lakin Gumpert Tornante konseptini yaddaç çıxarmaq gərək deyil.
Arese RH95 modelinə baxarkən diqqət çəkən ilk şey hava girişləri olan şişirdilmiş arxa qanadlar, ön hissənin firma tərtibatı və dama qədər uzanan “kəpənək qanadları” üslubunda qapılardır. Təkərlər premium istehsalçılardan biri tərəfindən superkar üçün xüsusi hazırlanıb və unikal naxışa malikdirlər.
İlk Arese RH95 modeli gümüşü vurğuları olan Verde Pino yaşıl rənginə boyanıb. İkinci avtomobil Alfa 8C Competizione və 60-cı illərin GTA yarış avtomobillərinin üslubunda tərtib ediləcəkdir. Üçüncü avtomobil məşhur Gulf livreyasını alacaqdır (onun əvəzinə atelye cüt qırmızı zolağı olan dördüncü avtomobilin şəkillərini göstərib).
Superkarın yaradıcıları donor avtomobilin adını çəkməsələr də, elan edilmiş xüsusiyyətlər onu ələ verir. Kupe, 720 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edən V8 mühərriki və yeddi pilləli "robot" ilə təchiz olunur. Ötürmə - arxa oxadır.
Üstəlik avtomobilin arsenalında yeni yükləmələr və xüsusiyyətləri nəzərə alınmaqla yaradılan aktiv aerodinamik elementlər də var. Təkcə bu məlumatlara əsasən qarşımızada üzü dəyişdirilmiş Ferrari 488 Pista modelinin dayandığını söyləmək olar.