Carrozzeria Touring Superleggera kuzov atelyesi Cenevrə avtomobil sərgisində Alfa Romeo Disco Volante Spider avtomobilini təqdim edəcəyini elan etmiş və spayderin rəsmi fotoşəkillərini yaymışdır. Spayder 2012-ci ildə italyan firmasının 90 illik yubileyinin həsr edirilmiş Alfa Romeo Disco Volante kupesinin bazasında yaradılmışdır. Öz növbəsində, Carrozzeria Touring Superleggera atelyesinin hazırladığı kupe Disco Volante ( italyancadan tərcümədə «uçan boşqab») adı ilə tanınmış 1952-ci ilin Alfa Romeo C52 modelinə ithaf etmişdi. Yeni spayder Alfa Romeo 8C modelinin şassisindən istifadə etməklə hazırlanmışdır.
Alfa Romeo Disco Volante Spider avtomobili 8C Spider modelindən fərqli olaraq yumşaq tavan əvəzinə karbondan hazırlanmış çıxarıla bilən iki tavan paneli ilə təchiz edilir.
Bu tavan panellərinin işlənib-hazırlanmasında birbaşa Alfa Romeo şirkətinin mühəndisləri iştirak etmişdirlər. Bu panellərin çəkisi cəmi 3,5 kiloqram təşkil edir ki, bu da avtomobilin ağırlıq mərkəzinin aşağı salınmasına xidmət göstərir.
Tavan panelləri çıxarılaraq, xüsusi olaraq nəzərdə tutlmuş çantalar dəsti ilə birlikdə avtomobilin baqaj bölümündə yerləşdirilə bilər. Yeni Disco Volante Spider modelinin kuzovu Blu Ceruleo (Səma Mavisi) rənginə boyanmışdır. Spayderin interyerinin tərtibatında qəhvəyi və qara rəngli Connolly dərisindən istifadə edilmişdir.
Yeni spayder Maserati GranTurismo modelindən tanış olan 450 at qüvvəsi və 470 Nm fırlanma anı olan 4,7-litrlik V8 mühərriki ilə təchiz edilir. Carrozzeria Touring Superleggera firmasının ilk açıq kuzovlu avtomobi 7 ədəd tirajla istehsal ediləcəkdir. Avtomobil haqqında geniş məlumat rəsmi təqdimat mərasimindən sonra veriləcəkdir.