Casper dedikdə ağlınıza gələn ilk şey nədir? Əlbəttə ki, bir çoxlarının gözü qarşısında məşhur cizgi filminin xeyirxah qəhrəmanı canlanır. Amma bu gün təqdim edilən Hyundai avtomobilinin bu xəyalət ilə heç bir əlaqəsi yoxdur.

Şirkət Casper adının skeytbordçu jarqondan götürüldüyünü bildirir: bu, skeytbordun havada fırlanıb yenidən təkərlər üzərində dayandığı fəndin adıdır. Bir sözlə, yaradıcılarının fikrincə, yeni Hyundai Casper ucuz avtomobillər bazarını altını üstünə çevirməlidir.

Yaradıcıları bu avtomobili krossover adlandırırlar, çünki onun kuzovunda qara plastikdən müdafiə dəsti və dam reylinqləri var. Əslində isə, qarşımızdakı avtomobil yaxşı tanıdığımız Kia Picanto hetçbekinin bənzəridir. Hətta, hər iki avtomobilin ölçüləri də eynidir: onların uzunluğu 3595 millimetr, eni isə 1595 millimetrdir.

Məlum məsələdir ki, hər iki hetçbekin təkər bazası da eynidır - 2400 millimetr. Lakin Casper Picanto modelindən nəzərəçarpacaq dərəcədə hündürdür - 1485 millimetrə qarşı 1575 millimetr.

Casper qeyri-adi bir dizayna malikdir: yuvarlaq fənərlərə gündüz hərəkət işıqlarının LED haşiyələri quraşdırılıb, beşinci qapının gırışı avtomobilin eni boyunca uzanır, arxa qapı tutacaqları isə gizlədilibdir. Bu tutacaqların üstündə smayliklər var. İnteryerin şəkilləri hələlik dərc edilməyib. Ilkin məlumata görə, salonun tərtibatı sanballı olmalıdır.

Hyundai Caspe modelinin şassisi də Picanto ilə, demək olar ki, eynidir: K1 platforması, Kia hetçbekinin inşa edildiyi BA platformasının daha müasir və təkmilləşdirilmiş versiyasıdır. Yəni ötürmə yalnız ön oxadır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Casper modelinin baza versiyası 75 at qüvvəli 1.0-litrlik üçsilindrli MPI mühərriki, Active modifikasiyası isə, 99 at qüvvəli 1,0-litrlik T-GDI turbomühərriki ilə təklif ediləcəkdir. Güclü versiyaları yuvarlaq dəlikləri (onlardan biri interkuler üçündür) olan radiator barmaqlığı sayəsində tanımaq olar. Transmissiyalar  haqqında heç bir məlumat verilməyib.

Hyundai Casper modeli hələlik yalnız Cənubi Koreyada təqdim olunub və artıq avtomobilə sifarişlərin qəbuluna başlanıb. Yeni modelin tam ölçülü təqdimatı payızın sonuna qədər baş tutmalıdır. Sonradan Casper modelinin Hindistan və Avropa bazarlarına çıxacağı gözlənilir. 2023-cü ildə isə, yeni modelin elektrik versiyası işıq üzü görməlidir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.