İyirmi il əvvəl Caterham 7 CSR rodsteri işıq üzü görüb. Əslində CSR versiyası rodsterin təkamülünün ayrıca bir qolu olub, çünki o, müstəqil arxa asqıya və genişləndirilmiş kuzova malik olan öz şassisinə malik idi. Belə əlamətdar yubiley Twenty adlı xüsusi versiyanın yaradılmasına səbəb olub.

Caterham Seven CSR Twenty yubiley rodsteri ən güclü Seven 620 modifikasiyasının burun və ön qanadlarına malikdir və onun radiator barmaqlığını stilizə edilmiş Britaniya bayrağı bəzəyir. Rodster LED fənərlər və işıqlar ilə təchiz olunub, təzadlı zolaqları olan boz və ya gümüşü kuzov rənglərindən seçimi təklif edir. Rodster 15 düymlük Vulcan disklərinə malikdir.

Şirkətdən CSR Twenty versiyasının Seven rodsterinin bütün versiyaları arasında ən dəbdəbəli interyerə malik olduğunu bildirir. Əlbəttə ki, asketik rodster standartlarına görə... Ön panel karbonplastikdən hazırlanıb, Momo sükanı və mərkəzi tunel isə, dəri ilə işlənib.

Ötürmələr qutusu və əl əyləcinin dəstəkləri alkantara ilə örtülüb. Bu materiallardan, həmçinin baş dayaqlarına CSR Twenty loqotipləri tikilmiş oturacaqların üzlənməsində istifadə olunur. Oturacaqların arasında yerləşən seriya nömrəsi həkk edilmiş xatirə lövhəsi bir daha avtomobilin xüsusi seriyaya aid olduğunu vurğulayır.

İlkin olaraq, CSR modelləri 2,3-litrlik Ford Duratec mühərrikləri ilə hərəkətə gəlirdilər, lakin Caterham çoxda onların istifadəsindən imtina edib. Buna görə də, Caterham Seven CSR Twenty yubiley versiyası  Seven 420 ilə eyni mühərriklə təchiz edilir.

Bu, 213 at qüvvəsi və 203 Nm hasil edən 2,0-litrlik dördsilindrli Ford Duratec atmosfer mühərrikidir. O, beş pilləli mexaniki transmissiya ilə birləşdirilib və bu kombinasiya sıfırdan 60 mil/saata (97 km/saat) 3,9 saniyəyə sürətlənməyə imkan verir. Maksimal sürət 219 km/saatdır. Ön tərəfdə dördporşenli mexanizmləri olan havalandırılan disk əyləcləri var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yubiley rodsteri 40 nüsxədə istehsal olunacaq. Rodsterin tirajı doğma Böyük Britaniya və ABŞ arasında bərabər bölünəcək. Eyni zamanda, Seven CSR Twenty markanın ən bahalı avtomobili olub: İngiltərədə onun üçün 80 min funt sterlinq tələb olunur.

Eyni mühərrikə malik olan Seven 420 modelinin qiyməti isə, 42 min funt-sterlinqdən başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.