Klassik Seven modelinin yeni versiyasını təqdim edən Caterham şirkəti, onun bu modelin tarixindəki trek günləri üçün nəzərdə tutulmuş ən yaxşı avtomobil olduğunu iddia edir. Bununla belə, istehsalçının model xəttində daha ekstremal trek modifikasiyaları da mövcuddur.

Lakin yeni Seven 420 Cup versiyası ümumi yollara çıxış icazəsinə və bunun üçün gərək olan bütün atributlara - işıqlandırma texnikasına, mülki buraxılış sisteminə, nömrə nişanlarının bərkitmə nöztərələrinə və sairəyə malikdir.

Yeni versiya 213 at qüvvəsi və 203 Nm fırlanma anı hasil edən 2,0-litrlik Ford Duratec atmosfer mühərriki ilə təchiz edilmiş Caterham Seven 420 modelinə əsaslanır. Lakin adi 5-pilləli mexaniki transmissiya Sadev firmasının 6-pilləli sekvental ötürmələr qutusu ilə əvəzlənib. Bundan başqa, özükilidlənən diferensial yeni versiyanın standart təchizatına daxil edilib.

Caterham Seven 420 Cup versiyasının vacib elementlərindən biri 10-pilləli mexaniki tənzimlənməsi olan Bilstein amortizatorlarıdır. Üstəlik, mülki avtomobillər üçün standart De Dion və ya müasir çoxqollu arxa asqını seçmək olar. 

Avtomobil standart olaraq Avon ZZR və ya ZZS yarıslikləri ilə təchiz edilir, lakin əlavə ödəniş müqabilində Avon Tyres ZZR Extreme sliklərini də sifariş etmək olar. Lakin sonuncu şinlər ümumi istifadə yolları üçün sertifikatlaşdırılmayıblar.

Avtomobilin alın şüşəsinin yerinə kompozitdən hava yönləndiricisi quraşdırılır, ön panel və oturacaqlar karbondan hazırlanır, LED arxa fənərlər adi fənərləri ilə müqayisədə daha yığcamdırlar. Bundan başqa, aşağı hisssində hava girişi olan yeni ön hava yönləndiricisi işlənib hazırlanıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Seven 420 Cup modelinin maksimal sürəti 219 km/saatdır. Avtomobil 60 mil/saat (97 km/saat) həddini 3,6 saniyəyə (- 0,2 saniyə) toplayır.

Məlum məsələdir ki, universallıq heç də ucuz başa gəlmir. Yeni Caterham 420 Cup modeli 55 min funt sterlinqdən başlayan qiymətlərlə satılır. Halbuki, adi Seven 420 modelinin qiyməti 36 min funt sterlinqdən başlayır. Sırf yarış variantı olan Seven 420R Race Package üçün isə, 49 min funt ödəmək gərək olacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.