"Çempionlar yarışının" təşkilatçıları növbəti tədbirin keçiriləcəyi məkanı açıqlayıblar. İlk dəfə olaraq tədbir Yaxın Şərqdə keçəcəkdir. Yarış Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçiriləcəkdir.
"Çempionlar yarışı" trassasını Kral Fəhd adına beynəlxalq stadionunun içəriində quracaqdırlar. Səudiyyə Ərəbistanının milli yığmasının ev arenası 69 min tamaşaçı tutur. Tədbirin keçiriləcəyi dəqiq tarix məlum deyildir. Təşkilatçılar yalnız "Çempionlar yarışının" 2018-ci ilin əvvəlində baş tutacağını bildiriblər.
İştirakçıların tərkibi də sonradan elan ediləcəkdir. 2017-ci ildə "Çempionlar yarışı" Mayamidə keçirilmişdir.
Bu tədbirdə Censon Batton, Sebastyan Fettel, Felipe Massa, Tom Kristensen, Aleksandr Rossi, Trevis Pastrana, Petter Solberq və Xuan Pablo Montoya iştirak ediblər. Gələcəkdə Bakı Olimpiya stadionu belə tədbirə niyə də ev sahibliyi etməsin? Bunu etmək heç də çətin olmayacaqdır.
Artıq bizim iri beynəlxalq tədbirləri təşkil etmək üçün kifayət qədər təcrübəmiz vardır.