86-cı beynəlxalq Cenevrə avtosalonun başlanmasına bir gün qalmış qlobal internet şəbəkəsində bərkgedən idman avtomobillərinin istehsalçısı Aston Martin şirkətinin yeni modeli olan DB11 sportkarının fotoşəkilləri yayılmışdır. İngilis şirkəti yeni sportkası Cenevrədə geniş kütlə qarşısında təqdim etməyi planlaşdırır. Əvvəl də bildirildiyi kimi, yeni avtomobil köhnəlmiş DB9 sportkarını əvəz etməklə yanaşı, Britaniya istehsalçının yeni eraya qədəm qoyduğunun carşısıdır. Belə ki, Aston Martin DB11 modeli istehsalçısının Mercedes-AMG ilə birlikdə hazırladığı ilk avtomobildir.
Yeni sportkar haqqında rəsmi açıqlama verilmədiyindən onun texniki xarakteristikaları məlum deyildir.
Avtomobilin xarici görünüşü DBX krossoverinin dizayn üslubunda hazırlannsa da, biz sportkarın çöhrəsində məşhur xəfiyyə Ceyms Bondun Aston Martın DB10 avtomobilinin, həmçinin CC110 və One-77 modellərinin tanış cizgilərini görə bilərik.
Nəticədə britaniyalılara, bütün adı çəkilən avtomobillərin ən yaxşı cəhətlərinin cəmləndiyi gözəl idman kupesini yaratmaq qismət olmuşdur.
Avtomobilin interyerinin şəkilləri əlimizdə olmasa da, söylənənlərə istinad edərək, sportkarın Mercedes-Benz avtomobillərindən tanış olan Command sistemi ilə təchiz ediləcəyini ehtimal ediirik.
Bundan başqa, sportkarın salonunda multimedia sisteminin iri sensorlu displeyni, rəqəmsal cihazlar panelini və Mercedes-Benz S-Class Coupe avtomobilində tətbiq edilmiş bir sıra yenilikləri də müşahidə edə biləcəksiniz.
Çox güman ki, sportkar 600 at qüvvəsi olan 5,2-litrlik ikiturboüfürməli V12 mühərriki və Mercedes-AMG GT modelindən götürülmüş V8 turbomühərriki ilə də təchiz ediləcəkdir. Güc aqreqatları 6-pilləli mexaniki və 8-diapazonlu avtomatik sürətlər qutusu ilə komplektləşdiriləcəkdir.
Bizə isə, avtomobilin dinamik xarakteristikasları və təchizatı haqqında geniş məlumat almaq üçün Cenevrə avtosalunun açılı.ını gözləmək qalır.