Bentley şirkəti Mulliner firması ilə birlikdə yenilənmiş Mulsanne modelinin Grand Limousine adlanan ən dəbdəbəli modifikasiyasını hazırlamışdırlar. Altı sərnişin üçün nəzərdə tutulmuş salonu olan avtomobilin rəsmi təqdimat mərasimi 86-cı beynəlxalq Cenevrə avtomobil sərgisində keçirilmişdir. Grand Limousine standart Mulsanne modelindən bir metr uzun və 79 millimetr hündürdür. Salonun arxa hissəsindəki ayrılmış oturacaqlar sərnişinlərin üzbəüz oturulması üçün xüsusi olaraq yerləşdirilmişdirlər.

Avtomobilin sürücü və sərnişin üçün nəzərdə tutulmuş bölmələri elektroxrom «ağıllı şüşə» ilə bölünür ki,xüsusi düyməyə basmaqla bu şüşənin şəffaflığını dəyişmək olar. Sürücü ilə əlaqə  birbaşa daxili rabitə vasitəsi ilə həyata keçirilə bilər.

Hər bir oturacaq fərdi qatlanan masa ilə yanaşı, iPad kompyüterlərini bərkitmək və qidalandırmaq üçün xüsusi dəstək ilə təchiz edilmişdir. Bundan başqa, salonda büllur qədəhləri və şüşələri yerləşdirmək üçün soyudulan bölmə və alkoqolsuz içkilər saxlanılan xüsusi şöbə mövcuddur.

Bentley Mulsanne Gran Limousine modelinin güc aqreqatı barədə məlimat verilməsə də, çox güman ki, avtomobil 6,75-litrlik 510 at qüvvəsi və 1020 Nm fırlanma anı olan iki turboüfürməli V8 mühərriki və 8 pilləli ZF avtomatik sürətlər qutusu ilə təchiz edilir.  Avtomobilin qiyməti barədə də məlumat veriməmişdir.

Image alt Image alt Image alt Image alt