Məşhur tüninq atelyelərindən biri olan Brabus GmbH şirkəti Cenevrə avtosalonunda Brabus 900 Rocket Coupe avtomobilini nümayiş etdirmək fikrindədir. Brabus atelyesi «donor» olaraq Mercedes-AMG S65 Coupe «bərgedənini» seçmişdir. Affalterbax şəhərində yerləşən atelyenin mütəxəssisləri ilk növbədə avtomobilin mühərrikini təkmilləşdirməklə məşğul olmuşdurlar.
İki turboüfürlməli V12 mühərrikinin iş həcmi 6,0-litrdən 6,3-litrə qədər artırılmış, turbokompressorlar daha güclüsü ilə əvəz edilmiş və yüksək məhsuldarlıqlı paslanmayan poladdan olan səsboğucu sistem quraşdırılmışdır. Bu dəyişikliklərin labüd nəticəsi olaraq, mühərrikin gücü 887 at qüvvəsinə, firlanma anı isə inanılmaz 1500 Nm qədər artmışdır.
Güc aqreqatını fırlanma anı, özüqapanan differensial ilə təchiz edilmiş arxa ona yeddi pilləli avtomatik sürətlər qutusu vasitəsi ilə ötürülür. Brabus 900 Rocket Coupe 0-dan 100 km/saat sürətinə 3,7 saniyəyə, 200 km/saat həddinə isə 9,1 saniyəyə çatır. Avtomobilin maksimal sürəti 350 km/saat təşkil etdiyi üçün onun spidometri 400 km/saata kimi işarələnmişdir.
Brabus mütəxəssisləri avtomobil üçün xüsusi aerodinamik parçalar dəsti hazırlamışdır ki, bu dəstin tərkibinə yeni splitteri və iri hava girişləri olan ön bamper, xüsusi formalı kandarlar, yeni arxa diffuzor və səsboğucu sistemin düzbucaqlı boruları quraşdırılmış arxa bamper və baqaj bölümünün qapağına bərkidilmuş spoyler daxildir. Güman edirik ki, bu elementlərin karbon hazırlandığını söyləməyə ehtiyac yoxdur.
Bundan başqa, kupe 22-düymlük təkər diskləri və 15 millimetr aşağı salınmış təkmilləşdirilmiş asqı sisteni ilə də təchiz edilir. Avtomobilin iç məkanı da Affalterbaxdan olan şirkətin vizit kartına dönmüş üslubda tərtib edilmişdir.
İnteryerin tərtibatında açıq-qəhvəyi və tünd-qəhvəyi rəngli dəridən, qara parlaq rəngli taxtadan və alüminuimdan istifadə edilmişdir.