Chevrolet şirkəti Cenevrə avtomobil sərgisində Corvette modelinin Grand Sport adını almış modifikasiyasını nümayiş etdirmişdir. Bu modifikasiya 1963-cü ildə işıq üzü görmüş Corvette Grand Sport yarış avtomobilinə həsr edilmişdir. Yarışlar üzün nəzərdə tutulan avtomobildən cəmi beş ədəd buraxılmışdır. Sonradan, naməlum səbəblərdən, amerikan şirkətinin rəhbərliyi onun istehsalını dayandırmaq qərarına gəlmişdir. Xüsusi variant adi sportkardan qabaq qanadlardakı deşiklərlə, enli arxa qanadlarla və Z06 modelinin üslubundakı radiator barmaqlığı ilə seçilir.
Avtomobil Corvette modeli üçün təklif edilən geniş rəng palitrasında olan istənilən çalarla rənglənə bilər. Əlavə olaraq, avtomobilin qabaq qanadlarına və yaxud kuzov boyu yapışdırılan zolaq-stikerlər sifariş etmək olar. Corvette Grand Sport modeli 460 at qüvvəsi olan standart V8 mühərriki ilə təchiz edilmişdir. Yeddi pilləli mexaniki və ya səkkiz diapazonlu avtomatik sürətlər qutusu ilə birgə çalışan mühərrik, Z51 dəstinə daxil olan «quru» karterə və aktiv səsboğucu sistemə malikdir.
Corvette Grand Sport modelinin təchizatına Michelin Pilot Super Sport şinləri, xüsusi 19 (öndə) və 20 (arxada) düymlük təkər diskləri, Brembo əyləc mexanizmləri, adaptiv amortizatorlar, yeni yaylar və köndələn dayanıqlıq stabilizatoru, həmçinin yüksək sürtünməli differensial da daxil edilmişdir. Opsional olaraq avtomobil üçün, tərkibinə karbon-saxsıdan hazırlanmış əyləc mezanizmləri və Michelin Pilot Sport 2 Cup şinləri daxil olan Z07 dəsti nəzərdə tutulmuşdur.
Corvette Grand Sport modelinin xüsusi Collector Edition variantı da olacaqdır ki, bu seriyadan olan avtomobillər tünd boz rəngə boyanacaq və, mavi vaxud qara rəngli zolaqlarla təchiz ediləcəkdirlər.