Keçən ilin sonlarında Ctroen şirkəti E-Mehari elektrokarını təqdim etsə də, işlər təqdimatdan irəli getməmişdir. Bununla belə, fransız şirkəti yenidən kütlənin diqqətini elektrokara cəlb etmək üçün yeni konsept hazırlamışdır. E-Mehari konsepti Courreges moda evi ilə birlikdə hazırlanmışdır. Avtomobilin kuzovu ağ rəngə boyanmışdır və narıncı rəngli aksentlərə malikdir. Eyni rəng çalarları kabrioletin interyerinin tərtibatında da istifadə edilmışdır.
Bildiyimiz kimi, Citroen E-Mehari eksteryeri və interyeri Cactus modelinin dizayn üslubunda həll edilmişdir. Texniki cəhətdən isə avtomobil Bollore Bluesummer modelini təkrar edir. Artıq qeyd etdiyimiz kimi, Citroen E-Mehari elektrokardır və 69 at qüvvəsi gücü olan elektromotorla hərəkətə gəlir. Öz növbəsində elektromotor, tutumu 30 kilovatt-saat olan litium-ion batareyalar dəstindən qidalanır. Citreon E-Mehari kabrioletinin maksimal sürəti 110 km/saat təşkil edir.
Avtomobil dolu batareyalarla 200 kilometr məsafə qət etmək iqtidarındadır. Məişət elektrik şəbəkəsindən istifadə etməklə E-Mehari’nin batareyalarını səkkiz saata doldurmaq olar. Citroen E-Mehari fransız istehsalçısının Renn şəhərindəki zavodunda 3500 ədəd tirajla buraxılacaqdır.