Almaniyadan olan DMC tüninq atelyesi Cenevrə avtomobil salonuna Lamborghini Huracan sportkarının xüsusi variantını gətirmişdir. Atelye mütəxəssislərinin təkmilləşdirdiyi avtomobil karbondan hazırlanmış xüsusi kuzov parçaları ilə təchiz edilmişdir. Alman tüner sportkarı Səudiyyə Ərəbistanının şəhərlərindən biri olan Ciddə şəhərinə ithaf etmişdir.

Atelye mütəxəssisləri avtomobili karbondan hazırlanmış yeni qabaq splitter, yan kandarlar, tamamilə başqa diffuzor quraşdırılmış arxa bamperlə təciz etmişdirlər.

DMC Huracan Jeddah həmçinin qırmızı rəngli supportları olan əyləc mexanizmləri, öndə 20-düymlük, arxada isə 21-düymlük təkər diskləri ilə təchiz edilmişdir. Bu disklərdə, müvafiq olaraq 245/30 və 325/35 ölçülü şinlər quraşdırılmışdır. Tüninq atelyesi avtomobilin texniki hissəsinə edilmiş dəyişikliklər barədə məlumat verməmişdir. Lamborghini Huracan 610 at qüvvəsi olan 5,2-litrlik V10 mühərriki ilə hərəkətə gəlir. Sportkar 100 km/saat həddinə kimi 3,2 saniyəyə sürətlənir. Huracan modelinin maksimal sürəti 325 km/saatdır. 

Lamborghini Huracan 2013-cü ildə debüt edərək Gallardo modelini əvəz etmişdir. İki il sonra avtomobilin açıq kuzovlu və arxadan çəkişli variantları da təqdim olunmuşdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt